Naftalan vannası

Naftalan, Qalaaltı, Duzdağ... Sağlamlıq turizmi niyə inkişaf etmir?

553
(Yenilənib 11:02 17.08.2017)
Quliyev bildirir ki, statistikaya görə, təkcə Naftalan bölgəsinə 72 ölkədən 35 min turist gəlib.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. Azərbaycan 9 iqlim zonası və əlverişli coğrafi mövqeyi olan bir ölkədədir. İstisu, Duzdağ, Naftalan, Qalaaltı və s. bu kimi sağlamlıq üçün əhəmiyyətli bölgələri olan bir ölkədə sağlamlıq turizminin inkişafı o qədər də ürəkaçan deyil. Səbəb isə 1-3 ulduzlu otellərin az olması və 5 ulduzlu otellərdə qiymətlərin baha olmasıdır. Bununla yanaşı, sağlamlıq mərkəzlərinin reklama da ehtiyacı var.

Azərbaycan Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, Azərbaycanda bir neçə il bundan öncə Sağlamlıq və Termal Turizm Assosiasiyası yaradılıb. Assosiasiya sağlamlıq turizminin inkişafında mühüm rol oynayıb: "Assosiasiya Naftalan, Duzdağ, Qalaaltı kimi bölgələrdə sağlamlıq turizminin inkişafı üçün mühüm işlər görüb. Azərbaycanın təbii iqlimi, coğrafi iqlimi Azərbaycanda Sağlamlıq və Termal Turizmin inkişaf etdirilməsi üçün əlverişlidir. Hal-hazırda keçmişdə fəaliyyət göstərən Qalaaltı, Naxçıvanda Duzdağ, Naftalanda bir çox bərpa işləri aparılıb. Belə ki, hazırda Naftalanda 7 otel fəaliyyət göstərir. Ancaq Naftalana böyük maraq olduğu üçün bu otellərin sayı artırılmalıdır. Naftalan dünyada analoqu olmayan sağlamlıq mərkəzidir və ancaq Azərbaycandadır". 

Ağakərimov deyir ki, Qalaaltının suyu Truskaves suyu ilə eynidir. Buna görə də turistlərin cəlb edilməsi üçün Qalaaltında 5 ulduz otel tikilib. 

Naxçıvanda yerləşən Duzdağda da bərpa işləri aparılıb. Turistlər bura daha çox astma və digər xəstəliklərin müalicəsi üçün gəlir: "Həm Naftalanda, həm Qalaaltında 5 ulduz otellərllə yanaşı, büdcə otelləri də inşa edilməlidir. Əgər belə olarsa, 5 ulduz otellərdə qalmaq imkanı olmayan aztəminatlı insanlar da bu bölgələrə gələ bilər. Məncə, bu ərazilərdə 1-3 ulduzlu otellər mütləq inşa edilməlidir”.

M. Ağakərimov deyir ki, Azərbaycanın hər bölgəsində sağlamlıq mərkəzləri yaratmaq olar: “Çünki Azərbaycanın coğrafi mövqeyi buna imkan verir. Masallıdakı İstisuda bərpa işləri görülməli, yeni sağlamlıq mərkəzləri inşa edilməlidir. Aldığım məlumata görə, hazırda Lənkəranda istisu mənbələrində sağlamlıq mərkəzləri tikilir. Ölkənin digər bölgələrində kükürdlü su mənbələrində, mineral su mənbələrində mərkəzlər tikilməliidr. Biz belə coğrafi mövqeyə sahib olduğumuz halda imkanlardan heç 20 faiz istifadə etmirik. Buna görə infrastruktur yaradılmalı, yollar çəkilməli, otellər tikilməli, sağlamlıq turizmi üçün lazım olan bütün şərait yaradılmalıdır. Bundan sonra bu yerlər, bu məkanlar dünyada reklam edilməlidir. Naftalana Rusiyadan, Qazaxıstandan çoxlu turist gəlir. Bizim sağlamlıq mərkəzləri ilk növbədə MDB dövlətlərində fəal və aktiv reklam olunduğu üçün onlar bizə müraciət edir. Eyni zamanda Şərqi Avropa, cənub-şərqi Asiya ölkələrində də reklam yüksək səviyyədə olmalıdır".

Hazırda əcnəbi turistlər daha çox Naftalan sağlamlıq mərkəzlərinə üstünlük verir: "Bizim Azərbaycan turistlərinin ən çox getdiyi yer Mineralni vodu, Kislovodsk, Yessentukidir. 80 faiz azərbaycanlı turistlər Truskaveskə – Ukraynaya gedirlər. Bizim insanlar sağlamlığa çox əhəmiyyət verirlər. Bu məkanlar dünyada çox yaxşı reklam edilib. Biz də öz imkanlarımızdan istifadə edib sağlamlıq mərkəzlərini yaratmalı və reklam etməliyik".

Ağakərimov deyir ki, sağlamlıq mərkəzlərinin yaradılması sahəsində çox az işlər görülür. Buna görə də münasib qiymətlər azdır: "Qiymətlərin münasib olması və rəqabətə davamlı olması üçün müxtəlif tipli otellər yaradılmalıdır. Hər bir insanın öz cibinə görə otel seçmək imkanı olmalıdır. Bu zaman rəqabət yarana bilər. Əgər ucuz otel yoxdursa, 5 ulduz otel heç vaxt ucuz ola bilməz. Əgər 5 ulduz otelin yanında 1-3 ulduzlu otellər yoxdursa, ucuz qiymətdən söhbət gedə bilməz". 

Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasının direktoru Ruslan Quliyevin sözlərinə görə, Azərbaycanda sağlamlıq turizmi ənənələrini daha geniş coğrafiyada yaymaq çox önəmli məsələdir: "Biz bu sahədə müxtəlif layihələr üzərində işləyir və çalışırıq ki, gələcəkdə ölkəyə investisiyaların qoyulsun".

R. Quliyev deyir ki, sağlamlıq turizmi Azərbaycan üçün aktualdır: "Başqa turizm növlərindən fərqli olaraq sağlamlıq turizmdə gecələmə sayı minimum 14, 18, 21 gündür. Sağlamlıq turizmi 365 günə paylanan turizmdir. Bu baxımdan turizm günlərinin sayının artırılması üçün çox əlverişli bir turizm növüdür".

Quliyev bildirir ki, statistikaya görə, il ərzində təkcə Naftalan bölgəsinə 72 ölkədən 35 min turist gəlib.

Ölkəyə sağlamlıq məqsədi ilə gələn turistlər əsasən Duzdağ, Naftalan və Qalaaltına üstünlük verir. Quliyev bildirir ki, sağlamlıq turizminə təkcə əcnəbi turistlər deyil, yerli turistlər də müraciət edir.

553
Teqlər:
sağlamlıq turizmi, turizm, otel, Duzdağ, Naftalan, Qalaaltı, Azərbaycan, Bakı
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb

237
(Yenilənib 17:37 13.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, ötən müddət ərzində isə ümumilikdə 812 033 test aparılıb.

BAKI, 13 avqust - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 33 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, aktiv xəstə sayı 2 146 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, ötən müddət ərzində isə ümumilikdə 812 033 test aparılıb.

237
Lerik dağları, arxiv şəkli

Nazirliyin proqnozu çoxunun arzusunu ürəyində qoyacaq

78
Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.

BAKI, 13 avqust — Sputnik. Avqust ayı yay fəslinin ən isti ayıdır. Xüsusən də son onilliklərdə ən davamiyyətli isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, ötən illərdən fərqli olaraq, bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub.

Bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır.

Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq. Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.

78
İstanbul mənzərəsi, arxiv şəkli

Türk xalqının seçimi Azərbaycanın da xeyrinə olacaq - SORĞU

23
(Yenilənib 19:25 13.08.2020)
Türkiyədə prezident seçkiləri ilə bağlı keçirilən "Cumhurbaşkanı kim olsun" sorğu anketində muxalifətçi seçicilər Mansur Yavaşa üstünlük veriblər.

BAKI, 13 avqust — Sputnik. Türkiyənin ADA araşdırma şirkəti seçicilərin ölkənin növbəti prezidenti postunda kimi görmək istədiklərinə aydınlıq gətirmək məqsədilə sorğu keçirib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, "Cumhurbaşkanı kim olsun" anketində muxalifətdən olan seçicilər Mansur Yavaşa üstünlük veriblər.

ADA-nın sorğu anketlərinin nəticələrinə əsasən, birinci yerdə rəqiblərindən böyük səs fərqi ilə hazıkı prezident Rəcəb Tayyib Ərdoğan qərarlaşıb. Muxalif təbəqənin seçimi isə Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mansur Yavaş olub. İstanbulun Bələdiyyə Başqanı Əkrəm İmamoğlu Yavaşdan sonra üçüncü sırada yer alıb.

Sorğu anketlərinin nəticələrinə görə, Ərdoğanın ən yaxın rəqibi Mansur Yavaş hesab olunub.

Son dövrlərdə Türkiyədə gündəmdən düşməyən erkən seçkilərlə bağlı müzakirələr ictimai rəyi öyrənən sorğu şirkətlərini də hərəkətə gətirib. Keçirdiyi sorğunun nəticələrini ictimaiyyətlə paylaşan son şirkət ADA olub. Şirkət apardığı anket sorğuda respondentlərə "Bu bazar günü prezident seçkiləri olsa, hansı namizədə səs verərsiz?" sualını ünvanlayıb. Sorğuların nəticələrinə görə, Ərdoğan ümumi səslərin 43,2 faizini toplayaraq birinci olub. İkinci yerdə qərarlaşan Mansur Yavaş isə səslərin 14%-ni qazanıb.

İstanbul Büyükşəhər Bələdiyyəsinin başqanı seçiləndən sonra kulislərdə muxalifətin prezidentliyə namizədi kimi adı hallanan Əkrəm İmamoğlu isə respondentlərin yalnız 13.8%-nin rəğbətini qazanıb.

Sorğunun nəticələrinə görə, İyi Partinın lideri Meral Akşənər dördüncü (6,8%), HDP lideri Səlahəddin Dəmirtaş (5,7%) beşinci, MHP lideri Dövlət Baxçalı (4,2%) altıncı, prezidentliyə keçmiş namizəd, CHP üzvü Məhərrəm İncə (3,7%) yeddinci, DSP sədri Əli Babacan (3,4%) səkkizinci, sabiq xarici işlər naziri Əhməd Davudoğlu (1,7%) doqquzuncu, ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıcdaroğlu (1,2%) isə onuncu yerdə qərarlaşıb.

23