CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı supermarketlər şəbəkəsi ətrafında müəmma

© Sputnik / Fuad HasanovBaku Mall
Baku Mall - Sputnik Azərbaycan
Abunə olmaq
"Son nəticə barədə məlumat olarsa hamıya veriləcək"

BAKI, 16 avqust — Sputnik. Ötən gün Bakı şəhər sakini Namiq Abdullayev Sputnik Azərbaycan-a müraciət edərək Baku Mall Ticarət Mərkəzində "Rahat" supermarketinin bağlandığını bildirdi: "İki gündür "Rahat" supermarketində satış yoxdur. Marketin bağlı olduğu bildirilir".

Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı Baku Mallda olub. "Rahat" supermarketinin nəzarətçisinin verdiyi məlumata görə, müəyyən səbəblərdən market müvəqqəti olaraq bağlanıb, sabahdan etibarən isə yenidən fəaliyyətini davam etdirəcək.

Baku Malldan əməkdaşımıza bildirilib ki, market öz rəhbərliyinin qərarı ilə 3 gün idi ki, bağlanmışdı. Amma sabahdan etibarən yenidən istehlakçıların ixtiyarında olacaq.

"Rahat Market" Supermarketlər şəbəkəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəbəkənin Baku Mall Ticarət Mərkəzində yerləşən şəbəkəsi bağlanıb və daha fəaliyyət göstərməyəcək: "Filialın hansı səbəbdən bağlandığını deyə bilmərik. Bu "Rahat" marketin rəhbərliyinin qərarıdır. Son nəticə barədə məlumat olarsa hamıya veriləcək".

Xəbər lenti
0