Televizor pultu

Azərbaycan dilinə ən çox divan tutan telekanal bəlli oldu

174
(Yenilənib 17:50 15.08.2017)
Azərbaycan ədəbi dilinin normalarını pozan televiziyaların adları açıqlanıb

BAKI, 15 avqust — Sputnik. Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi üzrə aparılan monitorinqin nəticələri açıqlanıb.

“Report” xəbər verir ki, monitorinq Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun layihəsi əsasında MTRŞ və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən iyun-iyul aylarında aparılıb.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, layihə çərçivəsində Bakıdan yayımlanan 6 televiziyada — İTV, ATV, “Space”, “Lider”,  "Xəzər" və ARB-də yayımlanan verilişlərin dili monitorinqlərə cəlb olunub: “Təəssüf ki, bu gün TV-lərdə ədəbi dil normaları pozulduğundan bu cür monitorinqlər aparmağa məcburuq”.

Daha sonra monitprinqin nəticələri elan olunub. Monitorinq nəticəsində məlum olub ki, teleradio məkanında ədəbi dil normaları dilin bütün səviyyələri üzrə-istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur. Monitorinq nəticəsində qeydə alınan 850 faktdan 371-i fonetik, 177-si leksik, 200-ü qrammatik, 104-ü üslubi səviyyədə pozulma olub.

Ümumillikdə fonetik səviyyədə norma pozuntusu 44 faiz, leksik səviyyədə pozuntu 21, qrammatik səviyyədə 23, üslubi səviyyədə isə 12 faiz təşkil edib.

ARB televiziyasında qeydə alınan norma pozuntularının 45 faizi fonetik, 11 faizi leksik, 16 faizi morfoloji, 6 faizi sintaktik, 24 faizi üslubi cəhətdən olub.

İTV-də ədəbi dil normalarının fonetik səviyyədə pozulması daha çox (66 faiz) qeydə alınıb.

Dilin normalarının fonetik səviyyədə pozulması "Xəzər" TV-də 43 faiz, ATV-də 51, “Lider” televiziyasında 38, “Space” kanalında 36 faiz olub.

Dil normalarının leksik səviyyədə pozulması halları daha çox “Space”də (28 faiz), morfoloji səviyyədə pozulmalar “Lider”-də (17 faiz), sintaktik səviyyədə pozulma daha çox ATV-də (12 faiz), üslubi səviyyədə pozulma isə daha çox ARB televiziyasında (24 faiz) qeydə alınıb. Dil normalarının üslubi səviyyədə pozulması halları daha az (3 faiz) İTV-də qeydə alınıb.

174

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

69
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

69
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

22
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

22