CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda top mərmiləri cəbhədən 500 km aralıda tapıldı

© Photo : ANAMAANAMA tərəindən aşkar edilmiş silah-sursat, arxiv şəkli
ANAMA tərəindən aşkar edilmiş silah-sursat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2 ədəd 115 mm-lik top mərmisi (BM-21) aşkar edilərək götürülüb, 240 kv.m ərazi yeraltı və 900 kv.m ərazi yerüstü yoxlanılıb

BAKI, 14 avgust — Sputnik. Bakıda top mərmiləri tapılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi — dəmir yolu xəttinin kənarında qazıntı aparılan əraziyə baxış keçirilib.

Nəticədə 2 ədəd 115 mm-lik top mərmisi (BM-21) aşkar edilərək götürülüb, 240 kv.m ərazi yeraltı və 900 kv.m ərazi yerüstü yoxlanılıb.

Xəbər lenti
0