Mercedes Benz-Gelandewagen, фото из архива

Aeroport yolunda daha bir “Gelandewagen” olayı

5000
(Yenilənib 23:28 13.08.2017)
Mütəxəssislər ondan daha bahalı və prestijli avtomobillər olduğu halda niyə məhz “Gelandewagen”in avtoxuliqanlıq üçün əsas seçim olmasını izah etməkdə çətinlik çəkirlər

BAKI, 13 avqust — Sputnik. “Gelandewagen”lə törədilmiş avtoxuliqanlıq, ağır nəticələnən qəzalar təkcə Azərbaycan üçün xarakterik deyil. Keçmiş sovet ölkələrinin əksəriyyətində bir az pulu, maddi imkanları olan hər kəs “Gelandewagen”lə şou göstərməyi həyatının vacib bir hissəsinə çevirir. Bu sırada korrupsioner məmur balalarından tutmuş tanınmış şou-biznes ulduzlarına qədər hər kəs var. Bu yaxınlarda Azərbaycanda böyük rezonans doğuran, iki nəfərin ölümü, iki nəfərinsə ağır yaralanması ilə nəticələnən, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi “Gelandewagen” qəzası ölkəmizdə bu məşhur alman markası olan avtomobillərlə bağlı həssaslığı artırıb. Əslində “Gelandewagen” markasına həssaslıq yaxın xaricdə də mövcuddur. Bu dəfə “Gelandewagen”lə bağlı gündəmə məşhur rusiyalı tatar əsilli reper Timati gəlib.          

Sosial şəbəkədə Moskvanın Şeremetyevo aeroportu ərazisində avtoxuluqanlıq edən iki qara “Gelandewagen”lə bağlı video yayımlanıb. 

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, kadrlarda avtomobillər səkilərlə şütüyür və bir neçə piyadalar üçün nəzərdə tutulmuş ərazidən keçid üçün istifadə edirlər. 

Sosial şəbəkə istifadəçiləri şərhlərdə sözügedən avtomobillərin məşhur reper Timatiyə mənsub olduğunu bildiriblər. 

Bəziləri qeyd ediblər ki, həmin xarici avtomobillər Black Star Mafia layihəsinin iştirakçılarından birinə məxsus ola bilər. Amma majorka_777 adlı istifadəçi yazıb: “Onun bütün maşınlarının nömrələrini bilirəm”. Majorka videodakı maşınların Timatiyə məxsus olduğunu təsdiqləyib. 

Bir müddət əvvəl isə bloqger Nikolay Sobolyevin “Gelandewagen”lə Peterburqdakı Saray meydanının qapalı hissəsində peyda olması geniş rezonans doğurmuşdu.

Mütəxəssislər ondan daha bahalı və prestijli avtomobillər olduğu halda niyə məhz “Gelandewagen”in avtoxuliqanlıq üçün əsas seçim olmasını izah etməkdə çətinlik çəkirlər. Bəziləri hesab edir ki, “Gelandewagen” nisbətən dözümlü və keyfiyyətli marka avtomobil olduğundan, eyni zamanda təhlükəsizlik baxımından da daha etibarlı olduğundan, zəngin avtoşlar məhz onunla şuluqluq etməyə üstünlük verirlər.  

5000
Mövzu:
Bakıda dəhşətli "Gelandewagen" qəzası (10)
Игровой момент матча ЕВРО-2020 между сборными Венгрии и Франции

Fransa yığması AVRO-2020-nin oyununda Macarıstan komandası ilə heç-heçə edib

2
(Yenilənib 19:08 19.06.2021)
Budapeşt şəhərində keçirilmiş qarşılaşma hələlik Avropa çempionatında ən çox azarkeşin izlədiyi görüş olub.

Futbol üzrə Fransa yığması Avropa çempionatının qrup görüşündə Macarıstan millisi ilə heç-heçə oynayıb.

2

Ölkədə koronavirusa yoluxma ilə bağlı son statistika açıqlandı

46
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

BAKI, 19 iyun - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. 1 014 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

Koronavirus bəlası

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

46