Тюремная дверь, фото из архива

Əli Həsənovun nəvəsini lüks kameraya köçürdülər

4566
(Yenilənib 23:43 12.08.2017)
Məşhur "Mercedes Gelandewagen" qəzasının qəhrəmanı lüks məkanda cəza çəkəcək

BAKI, 12 avqust — Sputnik. Baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəza bir həftədən çoxdur ki, ölkə gündəmində əsas müzakirə mövzusudur. 

Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində "Mercedes Galendawagen" markalı maşını ilə törətdiyi qəza ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olub. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıb.

Qəzanın baş vermə səbəbi isə Əli Həsənovun nəvəsinin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.


Dəhşətli qəzadan sonra ən çox müzakirə mövzusu isə Əli Həsənovun nəvəsinin həbs edilib-edilməyəcəyi idi. Hadisədən sonra vəziyyətinin ağır olduğu deyilən N.Allahverdiyevlə bağlı gözlənilən rəsmi məlumat bir neçə gün sonra yayıldı.

Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma — iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına, Kürdəxanıya köçürülüb.

Qəza zamanı orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan "Mazda" markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb.


Ə.Həsənovun nəvəsinin həbsindən sonrakı müzakirə mövsuzu isə ərköyün və lüks həyata alışmış Nailə həbsxanada yaradılacaq şərait idi. 

İlk olara sosial şəbəkələrdə Kürdəxanıdan yazıldığı deyilən anonim məktub yayıldı.

Məhbuslardan biri tərəfindən yazıldığı bildirilən məktubda deyilirdi:

"Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir. Yoxlasınlar, Nail hər gün atası, babası, dostları ilə danışır. Ona görə ki, o, baş nazirin müavininin nəvəsidir…".

Sputnik Azərbaycan xəbər verir ki, musavat.com Əli Həsənovun nəvəsinin həbsxanadakı şəraiti haqda eksklüziv məlumat əldə edib.

Məlumata görə, Nail Allahverdiyev doğrudan da saxlanıldığı həbsxananın ən lüks otağına köçürülüb. Bu otaq isə bir neçə gün əvvələ qədər Vidadi Zeynalova məxsus imiş.


Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin sabiq aparat rəhbəri olmuş Vidadi Zeynalov müalicə müəssisəsinə köçürülüb. Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilən məmurun səhhətində problem olduğunu vəkili də təsdiq edib. Amma məlum məsələdir ki, həbsxana şəraitində saxlanılan hər bir məhbusun arzusu elə müalicə müəssisəsinə köçürülməkdir. Çünki oradakı şərait həbsxanadan qat-qat yaxşıdır.

Bir məsələ də var ki, Vidadi Zeynalovun Kürdəxanıdakı vəziyyəti də pis deyildi. O, həbsxananın ən lüks, ən bahalı otağında cəza çəkirdi. Həmin kamerada kondisioner, televizor, telefon və digər xidmətlər təmin edilirdi.

Vidadi Zeynalov müalicə müəssisəsinə köçürüldükdən sonra yeri boş qalmayıb. Elə həmin gün Əli Həsənovun nəvəsini sabiq məmurun lüks kamerasına yerləşdiriblər. İndi "Qaçqınkom" sədrinin nəvəsinin həbsxana şəraiti digər məhkumlardan qat-qat yaxşıdır.
Yəni, baş nazirin müavininin nəvəsi elə həbsxanada da baş nazirin müavininin nəvəsidir.

4566
Teqlər:
Vidadi Zeynalov, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, lüks kamera, lüks, Əli Həsənovun nəvəsi, Nail Allahverdiyev, Gelandewagen, "Mercedes Gelandewagen" markalı avtomobil, həbsxana, Əli Həsənov
Əlaqədar
"Gelandewagen" qəzasında yaralananlarla bağlı üzücü xəbər
"Gelandewagen" qəzasında yaralanan Türkiyə vətəndaşları haqda yeni məlumat
"Gelandewagen" qəzasının yeni detalları ortaya çıxdı
"Gelandewagen" olayında adı hallanan deputatdan etiraf: "...mənim də payım var"
“Gelandewagen” olayında gözlənilməz həbs
DİN təsdiqlədi: "Gelandewagen"in sükanı arxasında o şəxs olub...
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

14
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

14
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar