Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli

"Gelandewagen" qəzasında yaralanan Türkiyə vətəndaşları haqda yeni məlumat

1094
(Yenilənib 17:08 10.08.2017)
Bakıdakı avtoqəzada yaralanan Türkiyə vətəndaşları haqda yeni məlumat üzə çıxıb

BAKI, 10 avqust — Sputnik. Avqustun 3-də paytaxt Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanaraq xəstəxanaya aparılan, daha sonra Ankaradakı Belek hospitalına köçürülən Türkiyə vətəndaşları haqda yeni məlumatlar üzə çıxıb.

Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş Türkiyənin Kahramanmaraş vilayətindəndir. Manisa Cəlal Bayar universitetindən məzun olan M.Tekişin "Facebook" sosial şəbəkəsində, ailənin Anqolanın paytaxtı Luandada yaşadıqları qeyd olunub. Muttalip Tekişin həmçinin özünə aid "MUTEK" inşaat firması da var. Ailə başçısının son paylaşımı 2016-cı ilə aid olduğu üçün, məlumatlar da məhz həmin tarixə qədər olan vaxta aiddir.

Mutallib və Songül Tekiş övladları ilə Heydər Əliyev hava limanında
Mutallib və Songül Tekiş övladları ilə Heydər Əliyev hava limanında

Muttalip Tekişin həyat yoldaşı Songül Tekişin "Facebook" səhifəsində, onların 2001-ci il avqustun 28-də evləndikləri göstərilir.

Cütlük iki övlad sahibidir. İkilinin paylaşdığı status və rəsmlərə baxdığımız zaman ailənin inanclı təbəqəni təmsil etdiyi görülür.

Xatırladaq ki, avqustun 3-ü paytaxtın Heydər Əliyev prospektində baş verən avtoqəzada iki nəfər ölmüş, üç nəfər isə ağır yaralanmışdı. Hadisəni törədən "Mercedes Gelandewagen" markalı avtomobilin sahibi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovun nəvəsidir. O, hazırda həbsdədir.

1094
Mövzu:
Bakıda dəhşətli "Gelandewagen" qəzası (10)
Игровой момент матча ЕВРО-2020 между сборными Венгрии и Франции

Fransa yığması AVRO-2020-nin oyununda Macarıstan komandası ilə heç-heçə edib

2
(Yenilənib 19:15 19.06.2021)
Budapeşt şəhərində keçirilmiş qarşılaşma hələlik Avropa çempionatında ən çox azarkeşin izlədiyi görüş olub.

Futbol üzrə Fransa yığması Avropa çempionatının qrup görüşündə Macarıstan millisi ilə heç-heçə oynayıb.

F qrupunda ikinci tur qarşılaşması Budapeştdə keçirilib və 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərində qolu birinci hissəyə əlavə olunmuş vaxtda Attila Fiola vurub. Fransızların cavab topunu 66-cı dəqiqədə Antuan Qrizmann vurub. Oyunu 55 998 azarkeş izləyib, bu AVRO-2020-nin hələlik ən çox azarkeş tərəfindən izlənilən oyunudur.

Oyunun birinci hissəsində Macarıstan yığmasının oyunçusu Adam Soloi isti vurmasından əvəz olunub.

2

Ölkədə koronavirusa yoluxma ilə bağlı son statistika açıqlandı

47
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

BAKI, 19 iyun - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. 1 014 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

Koronavirus bəlası

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

47