Dövlət Bayraq Meydanında bayraq dirəyinin götürülməsi

Bakıda bayraq dirəyinin sökülməsinin əsl səbəbi açıqlandı

9115
(Yenilənib 18:25 08.08.2017)
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov: "İndidən nəsə demək çətindir"

BAKI, 8 avqust — Sputnik. Bayraq Meydanında söküntü işlərinin aparılması, dirəyinin yerindən çıxarılması bəzi müzakirələrə səbəb olub. İddialara görə, ərazi aktiv sürüşmə zonası olduğuna, meydanda çatlar əmələ gəldiyinə görə sökülür.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov Modern.az-a deyib ki, ərazidə sürüşmə proseslərinin getməsilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur:

"Bir neçə gündür ki, meydanda bayraq dirəyinin texniki baxışına başlanıb. Təxminən bir aydır ki, ərazidə hazırlıq işləri görülür. Bunun üçün xüsusi kran quraşdırılıb, insanların hərəkətinin çoxluğu nəzərə alınaraq təhlükəsizlik tədbirləri görülüb. Bildiyiniz kimi, meydandakı bayrağın dirəyi texniki cəhətdən mürəkkəb qurğudur. Bu mürəkkəblik nəzərə alınaraq hər il ona bir neçə dəfə texniki baxış keçiririk. Budəfəki baxış sadə deyil, əsaslı texniki baxışdır. Bayraq dirəyinin ayrı-ayrı hissələri söküləcək, onun içərisindəki qurğular yoxlanılacaq. Prosesin davam edəcəyi müddəti demək olmur. Çünki texniki baxış zamanı nə ilə qarşılaşacağımızı bilmirik. Biz hər hansı problem olacağını gözləmirik, amma ola bilər ki, orada korroziya, başqa defektlər yaransın. Əgər belə hal aşkarlanarsa, bunu açıqlayacağıq və səbəbini də deyəcəyik. Hələ ki, texniki baxışa iki gündür başlanıb. İndidən nəsə demək çətindir".

Dirəyin hündürlüyünün artırılacağına gəlincə, N.Məcidov bu barədə məlumatsız olduğunu bildirib.

9115
PPX avtomobili, arxiv şəkli

Kürdəmirdə 35 yaşlı kişi qətlə yetirildi

3
(Yenilənib 17:33 13.07.2020)
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Məzahir Şəmiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

BAKI, 13 iyul — Sputnik. İyulun 12-də saat 08 radələrində Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində 1985-ci il təvəllüdlü Elkən Şəmizadənin odlu silahla qətlə yetirilməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin atası, onunla eyni ünvanda yaşayan 1959-cu il təvəllüdlü Məzahir Şəmiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Məzahir Şəmiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

3

Vətən uğrunda şəhid olmuş baş əsgər son mənzilə yola salınıb video

8
(Yenilənib 17:20 13.07.2020)
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət gərgin olaraq qalır. Ordumuz dörd şəhid verib və onlar Azərbaycan bayrağı altında doğulduğu rayonlarda dəfn ediliblər.

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub. Şəhidin cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb. Milli Ordumuzun şəhidi ailəli olub, 6 aylıq oğlu var.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olublar.

Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsinə zərbə endirib – döyüş xəttindən video>>

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

8
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Avropa İttifaqı Ermənistan Azərbaycana çağırış etdi

0
(Yenilənib 17:49 13.07.2020)
Aİ tərəfləri atəşkəs rejiminə riayət etməyə, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları bərpa etməyə və əhalini sülhə hazırlamağa çağırır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Avropa İttifaqı Ermənistan və Azərbaycanı qarşıdurmanı dayandırmağa və gərginliyin azalması üzrə tədbirlər görməyə çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət üzrə press ofisi bəyanat yayıb.

"Aİ hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olan hərəkətlər və ritorikadan çəkinməyə və gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır", - deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, bu kontekstdə hər iki tərəf birbaşa ünsiyyət mexanizmindən, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidir: "Atəşkəs rejiminin belə ciddi şəkildə pozulması, vəziyyət imkan verən kimi, ATƏT-in ərazidə monitorinqini bərpa etməsinin vacibliyini vurğulayır".

Aİ tərəfləri atəşkəs rejiminə riayət etməyə, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları bərpa etməyə və əhalini sülhə hazırlamağa çağırır.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

0