Yanğın baş vermiş yataqxana

Yanan yataqxananın sakinləri: "Dərdimizi kimə deyək?"

2210
(Yenilənib 17:19 03.08.2017)
O məşum gecədən bu yana heç kimin yadına düşməyiblər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. İyulun 4-də paytaxtın Nərimanov rayonu Ağasadıq Gəraybəyli küçəsində yerləşən 400 saylı yataqxanın 5-ci mərtəbəsində yanğın hadisəsi baş verib. Yanğın 5 mənzildə qeydə alınıb. Mənzillərdən 3-ü tamamilə yanıb.

Bundan başqa, digər mənzillərə də zərər dəyib. İlkin baxış zamanı yanğına qısaqapanmanın səbəb olduğu bildirilir. Qeyd edək ki, yataqxanada, əsasən məcburi köçkünlər məskunlaşıblar.

  • Yanğın baş vermiş yataqxana
    Yanğın baş vermiş yataqxana
    © Sputnik / Irade JELIL
  • Yanğın baş vermiş yataqxananın sakinləri
    Yanğın baş vermiş yataqxananın sakinləri
    © Sputnik / Irade JELIL
  • Yanğın baş vermiş yataqxananın sakini
    Yanğın baş vermiş yataqxananın sakini
    © Sputnik / Irade JELIL
  • Yanğın baş vermiş yataqxananın sakinləri
    Yanğın baş vermiş yataqxananın sakinləri
    © Sputnik / Irade JELIL
  • Yanğın baş vermiş yataqxana
    Yanğın baş vermiş yataqxana
    © Sputnik / Irade JELIL
  • Yanğın baş vermiş yataqxananın dəhlizi
    Yanğın baş vermiş yataqxananın dəhlizi
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Yanğın baş vermiş yataqxana

Sputnik Azərbaycan-ın əməkdaşı bu günlərdə sözügedən yataqxanaya baş çəkib və evi yanmış sakinləri dinləyib. Yataqxana sakini Səbinə Vəliyevanın sözlərinə görə, 25 ildir ki, bu yataqxanada yaşayır, əgər buna yaşamaq demək olarsa…

"İki övladım var. Qızım xəstə olduğu üçün, gedib heç kimin evində qala bilmirik. Füzulidən məcburi köçkünük. 25 ildir, bu yataqxanada yaşayırıq" — S. Vəliyeva bildirir.

Dediyinə görə, iyul 4-ü gecə baş verən yanğından sonra, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) nümayəndələr gələrək, zərərçəkmişlərin qeydiyyatını aparıblar: "Bizə 300 manat da pul verdilər. İndi gedirik, müraciət edirik ki, "vəziyyətimiz necə olacaq". Bir məlumat verən yoxdur. Çarəsiz vəziyyətdəyik".

Mənzili yanmış digər sakin Gülər Əbdürrəhmanova da uzun müddətdir ki, övladı ilə bu yataqxanada yaşayır: "Mənzilimiz yanandan sonra, yenə yanmış otaqlarda qalırıq. İnanın, gecə "raskladuşkanı" açıb yatırıq, səhər yığıb qoyuruq kənara. Bu vəziyyətdəyik. Ayın 4-dən sonra heç kim bizimlə maraqlanmayıb".

Yanğın zamanı 5-ci mərtəbənin bütün elektrik sistemi zərər görüyü üçün, hazırda 5-ci mərtəbədə yaşayanlar 4-cü mərtəbədən elektrik xətti çəkiblər. G. Əbdürrəhmanova bildirir ki, daha bir yanğın olsa, 5-ci mərtəbədən düşmək mümkün olmayacaq.

Sakinlərin sözlərinə görə, əslində yataqxana qəzalı vəziyyətdədir. "Balkonları dağılmış, zirzəmisinə su dolmuş yataqxanada yaşamaq işgəncə olsa da, evsizlikdən yaxşıdır" — deyirlər.

Məcburi köçkünlər, o hadisədən bu yana soyuducu və kondinsionerdən istifadə etmələrinin də mümkün olmadığını qeyd edirlər. "Burada elektrik sistemi əvvəlcədən bərbad idi. Həmişə yatanda deyirdik ki, "Allah, bizi yanğından qoru". Başımıza gəldi" — deyir Əbdürrəhmanova.

"Gecə 3-ün yarısı idi. Qışqırıq səsinə oyandıq. Çıxdıq, gördük ki, hər tərəf qara alovdur. Yaşadığımız binanın zirzəmisi də bərbad vəziyyətdədir, su dolub. Binaya kənardan baxsanız, görərsiniz ki, bina yana əyilib. Balkonlar qəzalı vəziyyətdədir. Uşaqlarımız üçün qorxuruq ki, gözdən yayınıb balkondan düşüb ölərlər. Neyniyək, ay bala, başqa çıxış yolumuz yoxdur" — o, əlavə edir.

Mənzilləri yanmış sakinlər müxtəlif qurumlara vəziyyətlə bağlı müraciət etsələr də, hələ heç bir nəticə əldə edə bilməyiblər. Əlləri hər yerdən üzülən sakinlər, saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevadan yardım istəyirlər.

2210
Teqlər:
Gülər Əbdürrəhmanova, Ağasadıq Gəraybəyli küçəsi, məcburi köçkünlər, Nərimanov rayonu, yataqxana, qaçqın, yanğın
Əlaqədar
Yataqxanada baş verən yanğının səbəb və nəticələri bəlli olub
Məcburi köçkünlərin yataqxanasında yanğın olub
Yataqxanada yanğın olub
"Akademiklərin yataqxanası" sökülür, sakinlər etiraz edir
Qəzalı yataqxanaların sakinlərinə ayda 250 manat kirayə pulu ödəniləcək

Bakı metrosunda gözlənilməz hadisə: Tunelə tüstü doldu

10
(Yenilənib 09:50 16.06.2021)
Bu gün səhər saatlarında paytaxt metropoliteninin stansiyalarından birinin tunelinə tüstü daxil olub.

BAKI, 16 iyun - Sputnik. Metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

"Bakı Metropoliteni"ndən verilən xəbərə görə, elektrik mühafizəsi dərhal işə düşüb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub.

Metropolitenin iş rejimində dəyişiklik yoxdur.

10
Şəmirkdə təpənin üstündə daşlardan ürək fiquru

Dağa ürək cızan gəncin daşa çevrilən sevgisi

48
(Yenilənib 02:07 16.06.2021)
Şəmkir şəhərinin kənarında hündür təpələrin birinin üzərində çox yerdən görünən ürək və içindən keçən ox fiquru yer alır.

BAKI, 16 iyun — Sputnik. Şəmkir şəhərinin kənarında hündür təpələrin birinin üzərində çox yerdən görünən ürək və içindən keçən ox fiquru yer alır. Təxminən 35-40 kvadratmetr ərazini əhatə edən bu fiqur dağın döşünə daşlardan istifadə edilərək düzülüb və sonradan üzərinə ağ boya çəkilib. 

© Sputnik / Ilham Mustafa
Şəmirkdə təpənin üstündə daşlardan ürək fiquru

Sputnik Azərbaycan-ın bölgə müxbiri İlham Mustafayev bu ürəyin oraya neçə çəkilməsi ilə maraqlanıb.

Ətraf ərazidə yaşayanlar bu fiqurun Şəmkir şəhər sakini Elbrus Hüseynov tərəfindən hazırlandığını bildiriblər. Gənc öz sevgisini izhar etmək üçün sevdiyi qızın evlərindən də görünən yerdə bu fiquru düzəldib. Lakin bir il sonra avtomobil qəzası nəticəsndə dünyasını dəyişib.

© Sputnik / Ilham Mustafa
Şəmirkdə təpənin üstündə daşlardan ürək fiquru

E.Hüseynovun yaxın qohumu Ülvi Hüseynov Elbrusun öz sevgisini bu yolla etiraf etdiyini danışıb:

© Sputnik / Ilham Mustafa
Elbrus Hüseynovun şəkli

"Fiquru bibim oğlu 2015-ci ildə çəkib dağa. Onda Elbrusun 17 yaşı olub. Bir qızı sevirdi. Sevgisini bu yolla etiraf  etmişdi. Lakin 2016-cı ildə avtomobil qəzasında rəhmətə getdi. Biz isə onun hər doğum günündə hazırladığı əl işinə gəlib baş çəkirik, qopan daşları səliqəyə salırıq, yağış yuyan rənglərini isə yeniləyirik".

© Sputnik / Ilham Mustafa
Ülvi Hüseynov

Bu fiqur şəhərətrafı yolun və Gədəbəy yolunun üzərində yerləşdiyindən buradan keçən hər kəsin marağına səbəb olur. O, eyni zamanda Şəmkirin bir çox hissəsindən də görünür.

48
Təcili yardım avtomobili

Sabiq deputat İbrahim İbrahimli dünyasını dəyişib

0
(Yenilənib 10:44 16.06.2021)
Milli Məclisin (keçmiş Ali Sovet) sabiq istiqlalçı deputatı İbrahim İbrahimli xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

BAKI, 16 iyun — Sputnik. Milli Məclisin (keçmiş Ali Sovet) sabiq deputatı İbrahim İbrahimli dünyasını dəyişib. Bu barədə onun kürəkəni, tanınmış politoloq Toğrul İsmayıl öz Facebook səhifəsində məlumat verib. 

"Dəyərli dostlar. Üzülərək bildirmək istəyirəm ki, ailəmizin əzizi və böyüyü, qaynatam, istiqlalçı millət vəkili, tanınmış ictimai xadim İbrahim İbrahimli bugün vəfat etmişdir.
Allah rəhmət eləsin! Bütün sevənlərinin, dostlarının və qohumlarının başı sağ olsun", - Toğrul İbrahimli yazıb.

T.İsmayılın sözlərinə görə, İ.İbrahimlidə xərçəng xəstəliyi aşkarlanıb.

Qeyd edək ki, İbrahim İbrahimli 90-cı illərdə Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsi təşkilat şöbəsinin müdiri vəzifəsində işləyib. Daha sonra Müsavat Partiyasına üzv olub. Bir müddət partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olub. 5 may 2015-ci ildə Müsavat Partiyası sıralarından istefa verib.

İbrahim İbrahimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Babək rayonundan – 341 nömrəli Leninabad seçki dairəsindən deputat seçilib 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi tərkibinə seçilib.

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

0