BakıKart

Daha bir nəqliyyat növü elektron gediş kartlarına keçir

3860
“Azərbaycan Dəmir Yolları” elektron gediş kartlarının tətbiqinə hazırlaşır

BAKI, 29 iyul — Sputnik. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları Departamenti elektrik qatarlarına bilet satışı (lot-1) və elektron gediş karlarının tətbiqi (lot-2) üçün lazım olan avadanlıqların satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.

İddiaçılar tender ilkin sənədləri sentyabrın 5-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 13-nə qədər ADY-nin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Vidadi Məmmədovdur. Telefon: (012) 499 65 33.

Təkliflərə sentyabrın 14-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

3860

Əyripəncə turist: Şəkidə həngamə salan ayı müalicə edilir

143
(Yenilənib 21:39 05.06.2020)
Şəki şəhərinə təsadüfən gəlmiş ayı hal-hazırda müalicə edilir. Şəhərdə səs-küy saldıqdan sonra əyripəncənin indi özünü necə hiss etdiyini videomuzda izləyin.

Hal-hazırda ayı Altıağac milli parkının nəzdinkdəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılır. Baytar müayinəsindən sonra bəlli olub ki, ayının müəyyən travmaları var. Çox güman ki, onlar digər ayılarla “savaş” zamanı yaranıb. Hal-hazırda əyripəncənin həyatı üçün təhlükə yoxdur və müalicə kursundan sonra onu yenidən vəhşi təbiətə buraxacaqlar.

143
Məmur portfeli, arxiv şəkli

Həftəsonu onların fəaliyyətinə icazə veriləcək

6
Yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcək.

BAKI, 5 iyun — Sputnik. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6-8 iyun tarixləri arasında xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı hərəkət məhdudiyyəti məhkəmə hakimləri ilə bərabər Vəkillər Kollegiyasının (VK) üzvlərinə də şamil olunur.

Kollegiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində məhkəmə və digər əlaqəli qurumların da məhdud rejimdə fəaliyyət göstərəcəkləri nəzərə alınaraq yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcək. Fəaliyyətinə icazə verilmiş vəkillərə əvvəlcədən məlumat veriləcək. Həmin vəkillər vəkillik fəaliyyətləri ilə bağlı tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etməli və digər profilaktiki tələblərə riayət etməlidirlər.

6
Zaqatalaya mənzərə, arxiv şəkli

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda...

0
Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda "Zaqatala–Balakən biosfer rezervatının yaradılması" layihəsinə start verilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O, qeyd edib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.

O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.

"Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır".

A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

0