Генеральная прокуратура Азербайджанской Республики

Ev arzusunda olanlara kələk gələn şəxs ələ keçdi

26
"579 SSA" MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb

BAKI, 27 iyul — Sputnik. Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında "579 SSA" MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda qeyd olunur ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, Bakı şəhər sakini Samir Məmmədova (ad, soyad şərtidir) sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd ediblər. İlkin ödəniş adı altında həmin vətəndaşın 5 min manat məbləğində pulunu ələ keçirmələrində, həmçinin cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb. 

E.Salayev və M.Qafarov Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.

Hazırda "579 SSA" MMC-nin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə, qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

Eyni zamanda, güzəştlə mənzil almaq hüququ olan vətəndaşlara tövsiyə olunur ki, bu cür neqativ hallarla rastlaşmamaları üçün Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində və Sumqayıt "ASAN xidmət" mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən təşkil olunmuş "Güzəştli mənzil" xidmət məntəqələrinə müraciət etsinlər.

26
Teqlər:
Həbs, Dələduzluq, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Salayev Eldar, Qafarov Məhəmməd, Bakı şəhəri
Əlaqədar
Şirkət rəhbəri qanunsuz ağac kəsdiyinə görə həbs edildi
Azərbaycanda məşhur iş adamı həbs olundu
Rusiya digər ölkənin hərbi prokurorunu həbs etmək istəyir
Şirkət rəhbəri həbs olunub
Şahzadə kralın əmri ilə həbs olundu
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

42
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

42
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

32
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

32