Qanunsuz artırmalar

"Paytaxtın bəzi rayonlarında hərc-mərclik baş alıb gedir"

1766
(Yenilənib 14:10 26.07.2017)
"Belə hallarla qarşılaşdığınız zaman birbaşa Prezident Administrasiyasına şikayət edin"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Şəhərsalma və Tikinti Məcəlləsinə görə, şəhərin arxitekturasını pozacaq artırmalar, tikililər tikmək qadağandır. Amma Bakının Nəriman Nərimanov rayonu "Nəriman Nərimanov" metrosunun yaxınlığında, daha konkret desək, Ağa Nemətulla küçəsində bu qadağalara məhəl qoyan yoxdur.

Mağaza açan kim, balkonunu 3 dəfə artıran kim, həyətdə özünə yeni ev tikən kim… Saymaqla bitməz. Küçədə hər gün bir mağaza tikilib istifadəyə verilir. Dönərxanalar, ət dükanları, yan-yana düzülmüş kafe və restoranlar…

Sovet dövründən qalmış 5 mərtəbəli binaların qarşısında, yanında tikilən artırmalar isə insanların həyatını həqiqətən təhlükə qarşısında qoyur. Həyətlərdə uşaqların oyun meydançası artıq yoxdur – yerində bina tikilib! Yeni tikilən tikililərlə köhnə binalar arasında məsafə 4-5 metrdir. Bina sakinləri də avtomobillərini bu 4-5 metrlik ərazidə saxlamaq üçün mübahisə edirlər.

Sabah bir yanğın hadisəsi baş versə, yanğının necə söndürüləcəyi həqiqətən sual altındadır. Bir neçə il əvvəl qarşıda yeni bina tikiləndə bütün sakinlər narazılıqlarını bildiriblər. Sonra onlara deyiblər ki, guya binanı Qarabağ əlili tikdirir, yaşlı kişidir. Bu da sakinlərin ürəyinə mərhəmət salıb və beləliklə də, onların yaşadığı binanın qarşısında yeni çoxmərtəbli bina ucaldılıb. Hansısa obyekt üçün nəzərdə tutulan bina illərdir ucaldılıb və hazırda sadəcə son mərtəbəsində Qarabağ əlili deyilən şəxs yaşayır.

Ağa Nemətulla küçəsində belə problemlər saysızdır. Görünür, Nərimanov Rayon İcra Hakimiyyəti Ağa Nemətulla küçəsini xüsusi "diqqət"də saxlayır…

Qanun isə deyir ki, səkilərdə, binaların həyətində, binaların kənarlarında arxitekturanı pozacaq artırmalar tikilməməlidir. Təəssüflə qeyd edək ki, Ağa Nemətulla küçəsində müxtəlif tikililərin tikilməsinə izin verən müvafiq qurum ya bu qanundan xəbərsizdir, ya da sadəcə qanuna məhəl qoymaq istəmir…

Tikinti eksperti Ramil Osmanlının Sputnik Azərbaycan-a şərhinə görə, paytaxtın bütün rayonlarında qanunsuz artırmalara rast gəlinir. Onun sözlərinə görə, binalara əlavə artırmalar, kommersiya məqsədi ilə tikilmiş artırmalar, giriş-çıxışı məhdudlaşdıran hər hansı konstruktiv dəyişiklik qanuna ziddir.

  • Qanunsuz artırmalar
    Qanunsuz artırmalar
    © Sputnik / Irade JELIL
  • Qanunsuz artırmalar
    Qanunsuz artırmalar
    © Sputnik / Irade JELIL
  • Qanunsuz artırmalar
    Qanunsuz artırmalar
    © Sputnik / Irade JELIL
  • Qanunsuz artırmalar
    Qanunsuz artırmalar
    © Sputnik / Irade JELIL
  • Qanunsuz artırmalar
    Qanunsuz artırmalar
    © Sputnik / Irade JELIL
1 / 5
© Sputnik / Irade JELIL
Qanunsuz artırmalar

"Bu problem paytaxtın bütün rayonlarında yaşanır. Ola bilsin ki, bu problem, məsələn, Nəsimi rayonunda və ya Nərimanov rayonunda daha kəskindir. Bir neçə il öncə Binəqədi rayonunda oxşar problemlər yaşanırdı və bu, öz həllini tapdı. Kiçik problemlər qala bilər. Amma ümumilikdə Binəqədi rayonunda məsələ öz həllini tapdı. Bir müddət əvvəl Yasamal rayonunda da oxşar addımlar atıldı" — Osmanlı qeyd edib.

Ekspertin sözlərinə görə, bəzi küçələr var ki, onlar həm də ticarət mərkəzi rolunu oynayır: "Ağa Nemətulla da belə küçələrdəndir. Küçənin hər iki istiqamətində ticarət obyektləri var, onlar sərəncamla tikilib və sonradan bəziləri sənədləşdirilib. Səkilər, yol çiyinləri, binalar arasından keçmək üçün nəzərdə tutulmuş yollar (bu yollar fövqəladə hadisələr zamanı istifadə edilmək üçün nəzərə tutulub) bağlanır və obyekt yeri kimi satılır. Bu, yolverilməzdir. Qanun bu məsələləri yasaqlasa da, bəzi qurumlar, bəzi məmurlar öz subyektiv məqsədləri üçün istifadə edirlər, qanunvericiliyin tələblərini pozurlar".

R. Osmanlının sözlərinə görə, bu məsələ mülki qanunvercilik, Şəhərsalma və Tikinti Məcəlləsi, Nazirlər Kabinetinin ayrı-ayrı qərar və sərəncamları, Arxitektura və Şəhərsalma Komitəsinin ayrı-ayrı təlimatları ilə tənzimlənir: "Amma çox təəssüf olsun ki, bu məsələdə qanunlara baxan yoxdur".

Ekspert bildirir ki, binalar tikilən zaman ara məsafəsinə də diqqət yetirilməlidir: "Binalar arasında məsafə 50-60 metrdən çox olmalıdır. Amma təəssüf olsun ki, indi nəinki binalar arasında, hətta balkonlar arasında da o qədər az məsafə qoyulur ki, balkondan-balkona keçmək olur. Belə problemlər kifayət qədərdir. Hər hansı ərazidə bu kimi hallarla qarşılaşdığınız zaman şikayətlərinizi birbaşa Prezident Aparatına ünvanlaya bilərsiniz".

Hüquqşünas Fərid Həmidli də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, binaların görkəminin qarışıq şəkildə olması memarlıq baxımından yolverilməzdir: "Eyni zamanda, insanların hüquqlarının pozulması deməkdir. İndi bir çox ərazilərdə belə bir adət var, icra başçısı dəyişən kimi birinci parkları sökdürüb, yenisini tikdirir. Əlavə forma verdirir, sonra yollara əl atır, "artıq" yerləri paylaşdırır və sair".

SOCAR Tower Ofis binası
© Official website of President of Azerbaijan Republic

"Amma bunlar qanunla qadağandır. Özüm də fikir vermişəm, daha çox köhnə binalarda sakinlər istədikləri kimi artırmalar edir, həyəti zəbt edib evini genişləndirir, biri avtomobili üçün zəncir çəkir, digəri mağaza tikir, bir başqası binanın 5 metrliyində başqa bina tikir. Qısacası, paytaxtın bəzi rayonlarında hərc-mərclik baş alıb gedir" — Həmidli qeyd edib.

Müsahibimizin sözlərinə görə, binada hər bir təmir mənzil mülkiyyətçiləri ilə razılaşdırılmalıdır: "Binanın dayanıqlığına təsir edə bilən, yükdaşıyan konstruksiyanın deformasiyası üçün şərait yaradan hallar baş verirsə, tikintinin aparılması qadağan edilməlidir. Hansısa tikilinin qanunsuz aparıldığını və binanıza zərər verəcəyini düşünürsünüzsə, Fövqəladə Hallar Nazirliyinə müraciət edin. Qanunsuz tikililəri sökmək bu qurumun məsuliyyəti çərçivəsindədir. Nazirlik araşdırma apardıqdan sonra söküntü haqqında qərar verə bilər".

Hüquqşünas hesab edir ki, qanunsuz tikililərə, artırmalara sənəd verilə bilməz, verilsə də bu qanunsuz hesab edilir. Çünki sovet dövründən qalma binalara heç bir arxitektura dəyişikliyi edilə bilməz.

Qısacası, bir qanun var və onlarla qanunauyğunsuzluq… Adam lap fikirləşir ki, kaş Nərimanov ərazisində də bir məscid qanunsuz olaraq söküləydi. Bəlkə o zaman…

1766
Teqlər:
Ağa Nemətulla küçəsi, Fərid Həmidli, qanunsuz tikili, Nərimanov rayonu, Sputnik Azərbaycan, Ramil Osmanlı, obyekt, bina, Bakı
Əlaqədar
Sahibsiz tikilidən boylanan on bir adam
Yanaşı tikililərdə yanğın olub
Qanunsuz tikililərlə bağlı problemə birdəfəlik son qoyulacaq
Xətaidə taxta tikili yanıb
Bakıda yerləşən bina dünyanın ən yaxşı tikilisi seçildi
Ən böyük məscid bu ölkədə tikilir
Biləcəri sakinləri üçün yerüstü keçid tikilir
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

50
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

50
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

115
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

115
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN
Artilleriya atəşi, arxiv şəkli

Cəbhədə gecə gündüz artilleriya atışları - VİDEO

32
Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir neçə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.

BAKI, 21 oktyabr — Sputnik. Oktyabrın 20-i gün ərzində və 21-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborun şəxsi heyəti ilə birlikdə məhv edilib.

6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.

Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir neçə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

 

32
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə