Uşaq, arxiv şəkli

Övladına terrorçunun adını vermək istəyən azərbaycanlı

478
"2014-cü ildə qərb bölgələrindən birinin təmsilçiləri anadan olan əkizlərə "xiyar" və "xiyarə" adlarını qoymaq istəyirdilər"

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Övladın dünyaya gəlməsi insan həyatında bəlkə də ən xoşbəxt məqamdır. Bu məqamdan sonra valideynlər əsasən həmin övladın xoşbəxtliyi üçün yaşamağa başlayırlar. Lakin bəziləri, əksinə, anadan olandan uşağın həyatını çətinləşdirəcək addımlar atırlar. Söhbət uşaqlara qoyulan qəribə adlardan gedir.

Belə ki, Azərbaycanda "Əl Qaidə" beynəlxalq terror şəbəkəsinin qurucusu Üsamə Ben Ladenin fanatı olan valideyn Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına müraciət edərək oğluna 1 nömrəli terrorçunun adını qoymaq istədiyini bildirib. Bu barədə Sputnik Azərbaycan-a Komissiyanın sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova məlumat verib.

Onun sözlərinə görə, komissiya həmin vətəndaşın xahişini rədd edib və bildirib ki, həmin ad xoşagəlməz assosiasiyalar doğurur və milli deyil. Valideyn komissiyanın qərarından məhkəməyə müraciət edib, lakin burada da rədd cavabı alıb. 

"O başa düşmür ki, sabah uşaq məktəbə gedəcək və ətrafdakılar ona gülərək həyatını dözülməz edəcəklər. Praktikamlzda oğluna "Şekspir" adını qoymaq istəyən valideynə də rast gəlmişik. Bu, heç də ən dəhşətli hallar deyil. 2014-cü ildə qərb bölgələrindən birinin təmsilçiləri anadan olan əkizlərə "xiyar" və "xiyarə" adlarını qoymaq istəyirdilər" — Sadıqova bildirir.

Bu yaxınlarda isə komissiyaya müraciət edən şəxs oğlunun adını "Cani" qoymaq istəyirmiş. "Ondan adın mənasını soruşduq, bilmədi. Dedi ki, babasının adı elə olub və bu adı yaşatmaq istəyir. Cani "cinayətkar" deməkdir. Bu işə daha məsuliyyətli yanaşmaları üçün xalqı maarifləndirmək lazımdır. Yeri gəlmişkən, bizim praktikamızda övladına "Cani" adını vermək istəyən az deyil" — Sadıqova bildirib.

Başqa bir valideyn isə komissiyaya zəng edərək qızına "Türmə" adını qoymaq üçün məsləhətləşib. İş ondadır ki, həmin şəxsin nənəsinin adı elə olub. Nəslin başbilənləri qıza o adı qoymağı məsləhət görüblər, uşağın atası bunun düzgün olmadığını başa düşüb, lakin ağsaqqallara etiraz edə bilməyib. Ona görə də komissiya ilə məsləhətləşərək onlardan "türmə"yə oxşar uyğun ad tövsiyyə etmələrini xahiş edib. Lakin istəyinə nail ola bilməyin. Komissiya üzvləri "türmə"yə oxşar "sürmə", "burma", "xurma" sözlərini yada sala biliblər. Bu sözlər isə ad üçün uyğun deyil…

"Gülməli adlar sovet dövründə də olub. Uşaqlara Ansabl, Komsomol, Traktor, Sovet adlarını qoyublar. Biz 1750 belə qəribə ad taparaq onlara qadağan qoymuşuq. Bu siyahıda çox qeyri-adi adlar var: Çervon, Fağır, Pətiş, Fətiş, Cinayət, Cındır və s. Qeyd etmək lazımdır ki, belə məhdudiyyətlər başqa ölkələrdə də mövcuddur. Bizdən tez-tez adın insan taleyinə təsiri barədə soruşurlar. Əgər bir insanı gündə 50 dəfə "Cinayət" deyə çağırsanız, yəqin ki, bu onun hərəkətlərinə də təsir göstərər" — Sadıqova qeyd edir. 

Ameriqo Vespuççinin Florensiyadakı Uffitsi qalereyasının qarşısındakı heykəli
© Wikipedia / Public Domain

Eyni zamanda Sadıqova vurğulayıb ki, komissiya heç də qeyri-adi gözəl adların əleyhinə deyil. Məsələn, valideynlərdən biri İşılay adını fikirləşib və bu ad icazə verilənlər siyahısına daxil edilib. Bu siyahıda 5500-dən artıq ad var. On il əvvəl Azərbaycanda Nuray, Nurgün adları yox idi. Lakin 2013-2014-cü illərdə ən populyar adlar bunlar olub.

"Uşaqlara ad verilməsinə nəzarət Nazirlər Kabinetinin xüsusi qərarı ilə həyata keçirilir. Əsasən türk mənşəli milli adlara üstünlük verilir. Uşaqlarına Renata və ya Lida adını qoymaq istəyən azərbaycanlılar bizə müraciət etmişdilər. Əlbəttə, ölkəmiz çoxmillətlidir, burada yaşayan etnik qrupların özlərinə uyğun adları var və biz onların seçiminə hörmətlə yanaşırıq, lakin azərbaycanlılara övladlarına Qalya, Olya və ya Lida adı verməyi məsləhət görmürük, çünki biz milli adlarımızı yaşatmalıyıq" — komissiyanın sədr müavini əlavə edib.

Ərəb mənşəli Azərbaycan adlarına gəldikdə isə, Sadıqova bildirib ki, ölkəmizin ərazisində İslam yayıldıqdan sonrakı dövr ərzində bizdə ərəb sözlərinin özünəməxsus səsləndirilməsi əmələ gəlib. 

"Məsələn, "Fatimə" adı ərəbcə "Fatimeyi"dir. Uzun əsrlər boyunca bu adlar artıq bizim üçün doğmalaşıb. Biz gözəl səslənən və əcnəbi adların əleyhinə deyilik. Elton, Roman, Məryəm adlarını həm müsəlmanlar, həm də xristianlar qoyurlar. Söhbət bu məsələdə düşünülmüş addım atmaqdan gedir. Adlar və izahlar olan lüğətlər bütün qeydiyyat şöbələrinə paylanıb. Əgər vətəndaşlar ad fikirləşə bilmirlərsə, qoy lüğətdən istifadə etsinlər" — Sadıqova bəyan edib.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində ölkəmizdə doğulan 1343 körpəyə Yusif adı verilib. Əli (1006), Hüseyn (900), Ömər (752), Uğur (694), Məhəmməd (668), Murad (608), Ayxan (489), İbrahim (410), Tunar (400) adları da populyardır.

Həmin dövr ərzində doğulan qızlar arasında ən populyar adlar Zəhra (1256), Nuray (1015), Zeynəb (760), Məryəm (721), Fatimə (713), Aylin (683), Mələk (653), Dəniz (638), Damla (508) və Ayandır (494).

478
Əlaqədar
Ev verilən jurnalistlərin adları açıqlanıb
Mənzil alacaq jurnalistlərin adları məlum oldu
Dövlətdən pul gizlədənlərin adları açıqlandı
Bu çiçəklərin adlarını bilirsiniz?
Milli Məclis adlar və soyadlarla bağlı qanun layihəsini nəzərdən keçirəcək

Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

44
(Yenilənib 01:19 30.09.2020)
Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib

BAKI, 30 sentyabr - Sputnik. Bu gün cəbhənin Cəbrayıl rayonunu istiqamətində düşmənin döyüş texnikaları bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib. Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda ordumuzun hücumu davam edir. Səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir. 

Bu gün Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.

Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib. 

Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan, Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan da bu gün məhv ediliblər. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan isə ağır yaralanıb.

44
Teqlər:
Azərbaycan Ordusu, döyüş texnikası, tank, Cəbrayıl, döyüş, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Həsənqaya yaxınlığında Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Hadrut istiqamətində Ermənistanın komanda müşahidə məntəqəsi darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki Karen Babayan məhv edilib
Peyvənd

Vaksin qədər təhlükəlidir: ABŞ cavab tələb edir

26
Qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq.

BAKI, 29 sentyabr — Sputnik, İrina Alksnis. "AstraZeneca" farmakologiya şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı eyni adlı peyvəndin problemləri yeni mərhələyə qədəm qoyub.

ABŞ bir neçə həftə əvvəl dondurulmuş sınaqları bərpa edib. Lakin Amerikanın aparıcı KİV-ləri preparatın təhlükəsizliyi ilə bağlı getdikcə daha çox sual səsləndirirlər. CNN telekanalı başqalarından daha yüksək səslə çıxış edib.

Məlum olduğu kimi, "AstraZeneca"nın klinik sınaqları iki dəfə – iyul və sentyabr aylarında dayandırılıb: iki könüllüdə nevroloji mənşəli qeyri-adi simptomlar özünü göstərib. Hər iki halın sonradan vurulmuş vaksinlə əlaqəli olmadığı təsdiqlənib və Böyük Britaniya da daxil olmaqla, əksər ölkələrdə sınaqlar davam edib.

Lakin amerikalı alimlər və ABŞ-ın səhiyyə sisteminin mütəxəssisləri daha çox narahatlıq keçiriblər və yan təsirlərlə bağlı hesabatlarda ciddi fərqlər aşkar ediblər.

"AstraZeneca"nın iyul insidenti əvvəl aşkar edilməmiş skleroz ilə izah edilib. Lakin Oksford Universitetinin saytında bu, "açıqlanmayan nevroloji simptom" kimi təsvir olunub.

Sentyabrda baş vermiş ikinci insident ilə bağlı şirkət könüllü qadında "anlaşılmaz xəstəlik" yarandığını deyib. Yalnız daxili sənədlərdə bu vəziyyət "köndələn mielit" (nadir nevroloji xəstəlik) kimi göstərilir.

Nəticədə, amerikalılar indi belə fikir ayrılığının səbəbləri ilə bağlı tamamilə məntiqli suallar verirlər. "AstraZeneca" onsuz da peyvənd üzərində işinin şəffaflığına dair ciddi iddialarla üzləşib və ortaya çıxmış ziddiyyətlər yalnız əlavə olaraq preparata və onun təhlükəsizliyinə olan inamı pozur.

Sınaq iştirakçılarının sağlamlığında yaranmış problemlərin ümumi xarakteri xüsusi bir mövzu olaraq qalır. Amerikalı professor-immunoloqlardan biri bu məsələ ilə bağlı açıq şəkildə deyib: hər iki xəstəliyin nevroloji təbiətinin olması "şoka salır".

Bəlkə də "AstraZeneca"nın sadəcə bəxti gətirməyib və söhbət həqiqətən də vaksin ilə heç bir əlaqəsi olmayan uğursuz təsadüflərdən gedir. Amma sağlam düşüncə ən azından bu məqamı aydınlaşdırmağı tələb edir. Burada Amerikanın sınaqları dondurmuş məsul xidmətlərini tərifləmək lazımdır.

Onların avropalı həmkarlarının mövqeyi isə daha çox təəccüb doğurur. Onlar bütün bu qəribəlikləri görməməyə üstünlük veriblər və testləri davam etdiriblər.

Hərçənd Avropa İttifaqı (Aİ) hökumətlərinin və şirkətin özünün bu cür sürüşkən mövzu ilə bağlı rahatlığı böyük xoşagəlməz hallara səbəb ola bilər (əgər vaksin həqiqətən də təhlükəlidirsə).

Bu günlərdə "Reuters" agentliyi Aİ-nin rəsmi nümayəndəsinə istinadən xəbər verib ki, "AstraZeneca" Avropa İttifaqı ilə vaksin sövdələşməsi çərçivəsində qismən toxunulmazlıq qazanıb. Razılaşma avqustda bağlanıb, lakin onun bəzi incə detalları yalnız indi elan edilib.

Məsələ ondadır ki, əczaçılıq şirkəti preparatı Aİ-yə aşağı qiymətə tədarük edəcək və əvəzində onun tətbiqinin yan təsirlərinə görə maliyyə məsuliyyəti daşımayacaq. Sazişin dəqiq miqyası açıqlanmır, lakin Avropanın "AstraZeneca"ya hər doza üçün 2,5 avro ödəyəcəyi məlumdur.

"GlaxoSmithKline" konserni ilə birlikdə öz preparatını hazırlayan Fransanın "Sanofi" şirkəti isə preparatın hər dozasını Avropaya 10 avroya satır.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / Dado Ruvic / Illustration / File Photo

Yeri gəlmişkən, hər iki şirkət artıq Aİ-dən avans ödənişləri alıb. "AstraZeneca"nın 400 milyon dozanı təmin etməsi üçün ödəniş 336 milyon avro təşkil edib. "Sanofi"də bu rəqəm 324 milyon avro olub (300 milyon doza üçün).

Beləliklə, əgər qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq. Zərərçəkənlərə kompensasiyaları milli hökumətlər, daha dəqiqi, müvafiq ölkələrin vergi ödəyiciləri verəcəklər.

Həmçinin, Avropa isteblişmentinin bu qədər fərqli yanaşmaları olan iki vaksin ("AstraZeneca" və "Sanofi") üzərində dayanması maraq oyatmaya bilməz. Aİ-nin hansı dövlətlərinin hansı preparatı alacağını, həmçinin onların öz daxilində rayonların rifahı və orada yaşayan insanların ictimai vəziyyətinə görə preparatları necə bölüşdürəcəyini görmək maraqlı olacaq.

26
Teqlər:
ABŞ, AstraZeneca, vaksin, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Belə insanlar koronavirusa az yoluxurlar
Cizgi filmi qəhrəmanları uşaqları koronavirusdan qorumaq əvəzinə...
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar