Azərbaycanın şimalında möhtəşəm tapıntı

152
(Yenilənib 16:50 22.07.2017)
  • Balakən rayonunun Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları

Azərbaycanda yeni tapılan məbəd bölgənin tarixini dəyişəcək

Balakən rayonunun Tülü kəndində aparılan arxeoloji qazıntılar nəticəsində Alban məbədinin qalıqları aşkarlanıb.

"Report"un məlumatına görə, rayonun Tülü kəndində Tülü türbəsi kimi qeydiyyata düşmüş abidə ətrafında aparılan arxeoloji qazıntılar və təhqiqatlar nəticəsində bir sıra mühüm tarixi faktlar ortaya çıxıb.

Ərazidə tədqiqatlar aparan alimlər bildiriblər ki, uzun illər Türbə kimi tanınan bu abidənin əslində erkən orta əsrlərə aid Alban məbədi olduğu öz təsdiqini tapıb.

Onların sözlərinə görə, təqribən 150 kvadratmetr ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində ümumi uzunluğu 12,7 metr, eni isə kənarlardan 6,7 və 7,4 metr olan erkən xristianlıq dövrünə aid olduğu güman edilən məbəd aşkarlanıb. Yaxın gələcəkdə tarixi abidənin kompleks şəklində tədqiq edilərək, neçənci əsrlərdə inşa edilməsi aydınlaşdırılacaq.

152
  • Balakən rayonunun Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları
    © Photo : REPORT

    Tülü türbəsi.

  • Balakən rayonunun Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları
    © Photo : REPORT

    Arxeoloji qazıntılar 150 kvadratmetrə yaxın ərazini əhatə edib.

  • Balakən rayonunun Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları
    © Photo : REPORT

    Aşkarlanmış məbədin uzunluğu 12,7 metr, eni isə kənarlardan 6,7 və 7,4 metrdir.

  • Balakən rayonunun Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları
    © Photo : REPORT

    Uzun illər türbə kimi tanınan bu abidənin əslində erkən orta əsrlərə aid Alban məbədi olduğu aşkarlanıb.

  • Balakən rayonunun Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları
    © Photo : REPORT

    Balakən rayonunun Tülü kəndində arxeoloji qazıntılar.

  • Balakən rayonunun Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları
    © Photo : REPORT

    Tülü türbəsi.

  • Balakən rayonunun Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları
    © Photo : REPORT

    Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları.

    Ərazidə tədqiqatlar aparan arxeoloqlar.

Koronavirus testi, arxiv şəkli

Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?

5
(Yenilənib 00:19 23.10.2020)
Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

BAKI, 22 oktyabr — Sputnik. "Bu gün Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AzTV-nin efirində yayımlanan "Gün başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, cəbhəyə yollanan şəxslər arasında COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb:

"Çağırışçılar, ön cəbhəyə gedən hər bir kəs sağlam olmalıdır. Çünki bu, çox ciddi məsələdir. Odur ki, bu istiqamətdə Nazirlik tərəfindən yoxlamalar gücləndirilib".

P.Abubəkirov onu da qeyd edib ki, hər ana öz övladını yola salarkən bağrına basmaq, qucaqlamaq istəyir, lakin mümkün qədər bu normalara riayət etmək lazımdır.

5
E-Təbib tətbiqi

TƏBİB-dən xəstələrə antibiotiklərlə bağlı xəbərdarlıq

9
(Yenilənib 22:59 22.10.2020)
"Xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər" - TƏBİB.

BAKI, 22 oktyabr — Sputnik. Bəzən koronavirusa yoluxan gənc insanlarda da ağırlaşmalar ola bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib. Onun sözlərinə görə, sağlamlıq vəziyyəti normal olan 82 yaşlı insanların da koronavirusdan sağalması mümkün olub:

"Amma hər hansı gəncin xroniki xəstəliyi varsa və başqa ağırlaşmalar qeydə alınarsa, onun səhhətində daha ciddi ağırlaşmalar baş verə bilər".

N.Mürsəlova qeyd edib ki, gənc insanlar arasında ağırlaşmalar müraciətin gec edilməsi səbəbindən baş verir.

İnsanları özünümüalicədən də uzaqlaşmağı məsləhət görən N.Mürsəlova deyib ki, xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər: "Bu zaman isə xəstənin vəziyyətində yaxşılaşma deyil, əksinə pisləşmə baş verir. Bu halda da xəstəxanaya düşən xəstəyə reanimasion yardım lazım olur".

9
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"