CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlibəylidə kəsilən ağaclara görə cinayət işi açılır

CC BY 2.0 / jimi kim / stumpKəsilmiş ağac kötüyü, arxiv şəkli
Kəsilmiş ağac kötüyü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qaxda 100-dən çox ağac kəsilib, akt tərtib olunaraq prokurorluğa göndərilib

BAKI, 21 iyul — Sputnik. Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şikayət ETSN-in 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı yaş köküstə 108 ədəd qovaq ağacının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacların Qax rayonunun İbaxlı kənd sakini Bəlyar Əhmədov tərəfindən kəsildiyi və təbiətə 42790 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Qax Rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti
0