CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xətai heykəli köçürülürmü?

© Photo : Rovshan Asadov / Cebhe.infoŞah İsmayıl Xətainin heykəli
Şah İsmayıl Xətainin heykəli - Sputnik Azərbaycan
Abunə olmaq
Təklif qəbul edilərsə, yolda tıxac da aradan qaldırılacaq

BAKI, 21 iyul — Sputnik. Bu gün bəzi KİV-də Bakıda Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəli götürüləcəyi barədə məlumatlar verilib. Məlumatlara görə, Yusif Səfərov küçəsilə Afiyəddin Cəlilov küçələrində kəsişmələr olacaq və buna görə də, Xətai heykəli götürüləcək.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, Bakı Nəqliyyat Agentliyi Yusif Səfərov küçəsinə şəhər istiqamətində gedəndə və şəhərdən Yusif Səfərov küçəsinə gələn yollarda tıxac ın aradan qaldırılması üçün təkliflər irəli sürülüb: "Məsələn, bu gün şəhərə getmək üçün Yusif Səfərov küçəsinə avtomobillər Heydər Əliyev prospektindən, bir də Afiyəddin Cəlilov küçəsindən Cavanşir körpüsünə qədər gəlir. Biz bu tıxacı aradan qaldırmaq üçün yeni yolun salınmasını təklif etdik və iki kəsişmə yaradılması fikrini irəli sürdük. Amma hələ ki, bu təklif müvafiq qurumlara göndərilməyib. Əgər bu layihə təqdim edildikdən sonra icra olunarsa, məsləhət olarsa, kobud şəkildə deyil, müvafiq qurumların icazəsi ilə, onların rəyi əsasında qaydalara uyğun heykəlin yeri dəyişdirilə bilər. İndi bu gün heykəlin yeri dəyişdirilmir. Layihə göndərilməli, araşdırılmalı, qəbul edilməli, sonra həyata keçirilməlidir. Söhbət indidən getmir. Təklif qəbul edilərsə, yolda tıxac da aradan qaldırılacaq".

Xəbər lenti
0