Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxış edir

Prezidentdən xəbərdarlıq: "Onlar dövlət qurumlarına soxulublar..."

1759
İlham Əliyev: “Düşmən çox narahatdır, demək olar ki, təşvişdədir, döyüş meydanında məğlubiyyətə uğrayıb”

BAKI, 20 iyul — Sputnik. “Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir. Əlbəttə, mən görürəm, bilirəm və buna sevinirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Çünki əvvəlki dövrlərdə vəziyyət belə idi — hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımla çoxsaylı görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəlli idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki çıxışında deyib.

“Ancaq bu məlumat demək olar ki, siyasi elitanın inhisarında qalırdı. Xarici ölkələrin media nümayəndələri ya bilməyərəkdən, ya da qəsdən ictimai fikrə bu münaqişə ilə bağlı yalan və təhrifedilmiş informasiyalar ötürürdülər. Burada əlbəttə ki, erməni lobbisinin də böyük rolu var. Çünki onlar hər gün bizim əleyhimizə işləyirlər, hər dəqiqə onlar üçün birinci hədəf Azərbaycandır. Çünki bilirlər ki, Azərbaycan güclənir, Azərbaycanın böyük imkanları var, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Ona görə erməni lobbisi və onlara yaxın olan siyasi xadimlər, xüsusilə erməni lobbisinin pulu ilə idarə olunan dırnaqarası siyasətçilər ictimai fikrə Azərbaycanla və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalan informasiyalar ötürürlər. Biz bu meyli sındıra bildik” — dövlət başçısı vurğulayıb. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov prezident İlham Əliyevə mükafat təqdit edərkən
© Official website of President of Azerbaijan Republic

O deyib ki, bu gün həm dövlətlərarası münasibətlərdə, həm ictimai rəydə Azərbaycanın mövqeyi daha çox dəyər qazanır: “Təsadüfi deyil ki, mənim son səfərlərim çərçivəsində imzalanan sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müddəa var və orada göstərilir ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Bu, artıq o ölkələrin ictimai fikrində yaranmış dönüşün təzahürüdür. Əlbəttə ki, biz də, ilk növbədə, çalışırıq və çox israrla, təkidlə deyirik ki, sənədlərdə mütləq bu bənd olmalıdır. Yəni, ictimai fikirdə bu dönüş yaradıldı, münaqişə ilə bağlı Azərbaycanın haqq işi, haqlı mövqeyi daha da böyük üstünlük təşkil edir. Düşmən bundan çox narahatdır, demək olar ki, təşvişdədir, döyüş meydanında məğlubiyyətə uğrayıb, hüquqi müstəvidə bizim mövqeyimiz çox möhkəmdir. Tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ və nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın ərazisi də bizim tarixi torpağımızdır. İqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclə dolanan Ermənistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz. Bizim yeganə zəif yerimiz media məkanı idi. Bu zəifliyin təbii səbəbləri var idi. Çünki erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malikdir. Böyük biznes şəbəkələri var. Onlar bəzi siyasətçiləri ələ alıblar. Onlar dövlət qurumlarına soxulublar və bu imkanlardan istifadə edib münaqişə ilə bağlı öz mövqelərini işıqlandırırlar. Artıq bu istiqamətdə də dönüş yarandı. Biz gərək öz səylərimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər. Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyasət daha da gücləndirilsin”.

1759
Teqlər:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Milli Mətbuat Günü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan
Əlaqədar
İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim edilib
Jurnalistlər üçün yeni binanın tikiləcəyi konkret vaxt bilindi
Prezident jurnalistlər üçün üçüncü binanın təməlini qoyub
(0:27 / 2.55Mb / просмотров видео: 15)

Raket zərbəsinin qurbanları: Bərdə övladlarını son mənzilə yola salır

20
(Yenilənib 18:01 29.10.2020)
İki gün dalbadal raket atəşinə tutulan Bərdədə həlak olmuş dinc sakinlərin dəfn mərasimi keçirilib. Ətraflı – videomuzda.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Bərdə şəhərinin raket atəşinə tutulması zamanı həlak olmuş sakini Allahverdiyev Əsgər Mahir oğlunun dəfn mərasimində olub. Əsgərin 37 yaşı vardı.

Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO >>

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri saat 13 radələrində əhalinin sıx yaşadığı Bərdə şəhərinin mülki obyektləri və infrastrukturuna raket zərbələri endirib. Nəticədə 21 dinc sakin həlak olub, təxminən 70 nəfər yaralanıb. Mülki obyektlərə və nəqliyyat vasitələrinə zərər dəyib. Bütün həlak olanlar və xəsarət alanlar dinc sakinlərdir.

Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası >>

Xatırladaq ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndini artilleriya atəşinə tutması nəticəsində beş dinc sakin, o cümlədən yeddi yaşlı qız həlak olmuş, daha 13 nəfər yaralanmışdı.

20
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Polis əməkdaşı, arxiv şəkli

Diqqət: Polis nəzarəti gücləndirdi

14
(Yenilənib 17:58 29.10.2020)
Vətəndaşlardan xahiş olunur ki, ön cəbhədə vuruşaraq torpaqlarımızı işğalçılardan təmizləyən əsgər və zabitlərimizin sağlamlığını qorumaq, koronavirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.

BAKI, 29 oktyabr — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də koronavirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, infeksiyanın ölkə ərazisində yayılmasının, virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib. Bu məqsədlə paytaxt Bakı və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır.

Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilir. Paytaxtın müxtəlif nöqtələrində, eləcə də mərkəzdən kənar bölgələrdə həyata keçirilən reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Vətəndaşlarımızdan biz daha xahiş olunur ki, ön cəbhədə vuruşaraq torpaqlarımızı qarış-qarış işğalçılardan təmizləyən əsgər və zabitlərimizin sağlamlığını bu qorxunc virusdan qorumaq, eləcə də koronavirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər. Bunun üçün hər birimizdan yalnız sosial məsafəni gözləmək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etmək və şəxsi gigiyenaya fikir vermək tələb olunur.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

14
Qırmızı Xaç komitəsinin əməkdaşları, arxiv şəkli

Ermənistan girov düşmüş qoca ermənini geri almaqdan imtina etdi

0
Ermənistan tərəfi Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan tərəfi Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi - Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verib.

Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.

Oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.

Humanitar proses zamanı insident baş verməyib.

0