İlham Əliyev jurnalistlər üçün tikilmiş binanın açılış mərasimində

Jurnalistlər üçün yeni binanın tikiləcəyi konkret vaxt bilindi

30
(Yenilənib 15:13 20.07.2017)
Azərbaycan Prezidenti: "Jurnalistlər üçün üçüncü binanı maksimum üç ilə tikməliyik"

BAKI, 20 iyul — Sputnik. “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik.

Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var. Çünki indi yol bir tərəfdən çəkilibdir, ona görə müvafiq göstəriş verilibdir ki, hər iki tərəfə çıxış olsun, insanlar burada daha da rahat yaşasınlar”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki çıxışında deyib. 

Dövlət başçısı qeyd edib ki, hər bir şəhərin ən qiymətli, ən prestijli yerləri var: “Adətən bu, şəhərlərin mərkəzi olur və dəniz kənarında yerləşən şəhərlərdə dəniz mənzərəli binalar daha da prestijli sayılır. Bax, bu binalar həm dəniz mənzərəlidir, həm də ki, şəhərin mərkəzində yerləşir. Buradan “Azneft” meydanına maksimum 5 dəqiqəlik yoldur. Bu, bir daha onu göstərir ki, biz çalışırıq jurnalistlər üçün ən yaxşı şərait yaradaq. Binalar da çox gözəldir, genişdir, işıqlıdır, rahatdır. Əminəm ki, jurnalistikada böyük xidmətlər göstərmiş, Vətən qarşısında böyük xidmətləri olmuş insanlar burada rahat yaşayacaqlar.

O ki qaldı, jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə deyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın”.

Prezident bildirib ki, bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi: “Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır. Hesab edirəm ki, bu iki əsas amil Azərbaycanda artıq çox güclü dayaqlara malikdir. Həm sosial, həm iqtisadi, həm də xarici siyasətlə bağlı atdığımız addımlar bizə böyük uğur gətirib və dünyada Azərbaycana çox böyük rəğbət var. 

Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Çünki əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni, maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir”.

Prezident vurğulayıb ki, Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir: “Buna görə hesab edirəm ki, bizim cəmiyyətimizdə islahatlar təkamül yolu ilə aparılır və dərinləşir. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir. Söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaq.

Əziz dostlar, mən bu gün bu fürsətdən istifadə edərək, jurnalistikamızın inkişafı ilə bağlı bəzi fikirlərimi sizinlə bölüşmək istədim. Bir daha demək istəyirəm ki, Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək”.

30
Teqlər:
Milli Mətbuat Günü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan
Əlaqədar
Deputat: “Bankların jurnalistlərə qarşı diskriminasiyası yolverilməzdir"
"Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır"
Prezident jurnalistlər üçün üçüncü binanın təməlini qoyub
Azərbaycanda xarici dillərdə yazan peşəkar jurnalistlərə ehtiyac var
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

1
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

1
YPX avtomobili, arxiv şəkli

DYP sürücülərə xəbərdarlıq etdi

6
Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.

BAKI, 27 noyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinadla xəbər verir ki, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

6
Teqlər:
Daxili İşlər Nazirliyi, Abşeron rayonu, Sumqayıt, DYP