Zülfiyə Həşimova

Kişi sənəti ilə məşğul olan qadın: "Bu bıçaqla..."

375
Görün, ərinin ölümündən sonra nələrə əl atdı

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Dönər bişirməklə adətən kişilər məşğul olurlar. Lakin Yevlax rayonunda yaşayan bir qadın bu işin ustasına çevrilə bilib. Gün ərzində 250-300 dönər hazırlaya bilən usta, həyat yoldaşı rəhmətə getdikdən sonra 3 övladını saxlamaq üçün bu işi öyrəndiyini deyir.

Sputnik Azərbaycan-ın həmsöhbəti, 35 yaşlı Zülfiyə Həşimova, artıq 5 ilə yaxındır dönər bişirir. Həyat yoldaşını itirdikdən sonra iş axtaran qadın, bir müddət paytaxtda dönərçi köməkçisi kimi çalışıb.

Zülfiyə Həşimova
© Sputnik / Ilham Mustafa
Zülfiyə Həşimova

Çox keçməyib, sənətin sirlərinə yiyələnib. Sonradan ata və anasının da qayğıya ehtiyacı olduğundan, doğulduğu rayona gələrək dönərxanaların birində dönərçi olaraq çalışmağa başlayıb.

"Səhərdən axşama kimi ayaq üstə oluram. Yay-qış daim isti üzümə vurur. Lakin bu çətinliklərə dözmək məcburiyyətindəyəm. Çünki heç kimə ağız açmayaraq bir parça çörəyimi bu işlə qazanıram" deyir Həşimova.

Əziyyətinin çoxluğuna baxmayaraq, ailəsinin dolanışığını tam təmin edə bilmədiyini də diqqətə çatdırır. Onkoloji xəstə olan atası və şəkər xəstəsi olan anası ilə birgə yaşadığını, onlara da daim qulluq lazım olduğundan, artıq bu işlə dolanışığı çıxarmağın mümkün olmadığını bildirir.

"10 ilə yaxındır, hər il məşğulluq mərkəzinə müraciət etsəm də, mənə adi süpürgəçilik işi də təklif edilməyib. Heç bir yerdən köməyim yoxdur. Sosial yardım almıram. Təkbaşına üç oğul övladı böyüdürəm. Yaşları 18-ə çatanda əsgər gedib, vətəni müdafiə edəcəklər. Onları böyüdə bilməyim üçün isə, əlimdə olan-qalan bir bu dönər bıçağıdır" — Zülfiyə vurğulayır…

375
Teqlər:
Zülfiyə Həşimova, Yevlax rayonu, dönərçi, dönər, övlad, qadın
Əlaqədar
"Onun qadını olacaqdım, 15 iyul hadisələri imkan vermədi"
Qadın müştərinin qohumları taksi sürücüsünü qanına qəltan ediblər
Qadınlar qırğına çıxdılar, 6 nəfər yaralandı
Hamilə qadın uşaqlarını öldürdü
Ölüləri soyan qadın ələ keçdi
Bakıda falçı qadın tutuldu