Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 12 iyul — Sputnik. Bildiyimiz kimi, Azərbaycan ərazisində tarixin maraqlı və hələ üstü açılmamış sirləri yaşayır. Zamanla tarixçilər, arxeoloqlar tərəfindən tariximiz, mədəniyyətimiz öyrənilsə də, hələ də respublikamızın müxtəlif regionlarında öyrənilməmiş izlər qalmaqdadır.
Belə ərazilərdən biri də Şabran rayonunun Dağbilici kəndindəki qədim qəbiristanlıqdır. Tarixşünasların dediyinə görə, dəqiq tarixi bilinməsə də, qəbiristanlıq orta əsrlərə aiddir.
Dağbilici kənd orta məktəbinin müəllimi Bayram Ağasıyev qəbiristanlığın tarixi haqqında babalarından eşitdiklərini Sputnik Azərbaycan-la bölüşüb: "Buranın tarixi haqqında bizə 113 yaşlı babamız danışmışdı. Onun sözlərinə görə, həmin kənddən bir qəbilə keçib. Həmin qəbilədəkilər xan, bəy, pir nəsillərindən olduqlarından, onlara "Xan-bəy" qəbiləsi deyilib. Onların şərəfinə həmin kənd qəbiristanlığı "Xan-Beq"qəbiristanlığı adlanır".
Ağasıyevin sözlərinə görə, bu qəbilənin kəndə yerləşmək üçün gəldiyi, yoxsa qonaq olduğu dəqiq bilinmir. Qısa bir zamanda bu qəbilənin bütün üzvləri ölür. Bütöv bir tayfanın xəstəlikdən və ya başqa səbəbdən məhv olması hələ də sirr olaraq qalır. Deyilənə görə, onlarda çoxlu qızıl-gümüş əşyaları olub və onları öz əşyaları ilə birlikdə basdırıblar.
"Zamanla həmin ərazidən sözügedən qəbiləyə aid bır sıra şəxsi əşyalar tapılıb. Bu da onu sübut edir ki, onlar əşyaları ilə birlikdə basdırılıblar" – deyə Ağasıyev bildirir.
Onun sözlərinə görə, Dağbilici kəndində indi də, qədim dövrlərdə qıraq ərazilərdən gəlmə tayfalar yaşayır: "Məsələn, burada rəhmanlılar, gilanlılar və həmzəlilər tayfasından olan insanlar yaşayırlar. Bizim qonşularımız var, onlar əslən İranın Gilan şəhərindəndirlər. Rayonun Sadan kəndində isə Suriyanın Həmzə şəhərindən gələn tayfalar yaşayır. Deyilənə görə, biz tatlar da elə həmin həmzəlilər tayfasındanıq".
Sözügedən qəbirlərin üstündə müxtəlif yazılar var və onları heç kəs araşdırmayıb. Ona görə də o qəbirlərin tarixi dəqiq bilinmir. Getdikcə o yazılar da silinir və izləri itir.
Ağasıyevin sözlərinə görə, babaları bu qəbiristanlığın tarixinin onların yaddaşından çox-çox uzaq dövrə gedib çıxdığını deyiblər. Kənd camaatının dediyinə görə, əvvəllər bu qəbir daşlarının üzərində güllə izləri də olub. İndi o izlər silinib. Sözügedən qəbiristanlıq dövlət tərəfindən tarixi abidə kimi qorunur.
BAKI, 4 mart — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 235647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229267 nəfər müalicə olunaraq sağalıb, 3232 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir.
Ölkədə son sutka ərzində 9183, hazırkı dövrədək isə 2627991 test aparılıb.
BAKI, 4 mart — Sputnik. Martın 3-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,272 nəfər vaksinasiya olunub.
Sputnik Azərbaycan-ın "Koronavirusinfo.az"a istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337,315 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.