Yol nişanları

Diqqət: Qaydalar dəyişib, cərimələnə bilərsiniz

5270
(Yenilənib 14:02 14.07.2017)
Sürücü qaydaya uyğun olaraq parklama xidməti haqqını ödəyib və geri qayıdanda onu yerində görməyib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Bakının bir çox yerlərində quraşdırılan parkomatlar sürücülərin rahatlığını təmin etmək üçün nəzərdə tutulub. Amma bəzən sürüclərin kiçik diqqətsizliyi onların avtomobillərin evakuasiya edilməsi ilə nəticələnir.

Şəhərin bir çox yerlərində – Qoşa Qala qapısında, "Malakan bağı" ərazisində parkomat, parklama işarəsi olsa da, bu işarələrin üzərində yazılmış parklama saatları və günləri kiçik rəqəmlərlə yazıldığı üçün, çox zaman sürücülərin diqqətindən yayınır. Yaxud da, ərazidə parkomat, parklama nişanı olur, saat və gün işarəsi isə küçənin girişinə qoyulduğundan, sürücülər bunu görmürlər.

Nəticədə isə avtomobilinin evakuasiya edilməyəcəyinə arxayın olan sürücü parklama xidməti haqqını ödəyir və… geri qayıdanda onu yerində görmür. Avtomobillər DYP əməkdaşları tərəfindən 3-5 dəqiqəyə ərazidən evakuasiya edilir.

"Ötən gün avtomobilimi "Malakan bağı"nın yaxınlığında saxlayıb parkomata ödəniş etdim. Geri qayıdanda isə avtomobil yerində deyildi. Yaxınlıqdakı taksi sürücüləri bildirdiər ki, bu parkomatlar ancaq axşam saat 20.00-dən sora saxlamaq üçün nəzərdə tutulub. Buna görə mən 40 manat cərimə ödəməli oldum" – Sputnik Azərbaycan-a müraciət edən Bakı sakini İntiqam Əliyev bildirib.

Xəbərdarlıq
© Karikatura
Xəbərdarlıq

İ. Əliyev bildirir ki, küçənin girişinə qoyulmuş işarəni sonradan görüb ki, bu zaman da artıq gec olub: "Həmin yolu dönəndə piyada zolağı var. Fikrin qalır zolaqda ki, piyadalar keçsin, başını qaldırıb baxmaq yadından çıxır. Bu da sonra sənə 40 manata başa gəlir".

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, iyulun 1-dən etibarən parklamalarla bağlı yeni qanun qüvvəyə minib və bütün parkomatlar dəyişdiriləcək. Onun sözlərinə görə, köhnə parkomatların əvəzinə foto-video qeydiyyat xüsusiyyətləri olan yeni parkomatlar qoyulacaq.

"Bu parkomatlar tərəfindən parkinqə daxil olan avtomobillərin dövlət nömrə nişanı qeydə alınacaq, müxtəlif vasitələrlə ödəmə imkanları yaradılacaq, yaxın ərazilərdə yaşayan nəqliyyat vasitələri sahiblərinə pulsuz saxlama üçün xüsusi talonlar veriləcək. Yəni artıq proses gedir" — DYP sözçüsü bildirib.

K. Əliyevin sözlərinə görə, "Yol hərəkəti haqqında" qanunun 53-cü maddəsində edilən dəyişikliyə görə, parklama qaydaları da dəyişdirilib: "Bu qanuna görə, artıq bəzi ərazilərdə pullu parklamaların salınması ilə bağlı qərar da qəbul edilib. Yerlər seçilib və həmin yerlərə Daxili İşlər Nazirliyi tərəfindən nəzarət edilir".

Polis yetkilisi qeyd edib ki, yeni qaydalara görə, 24 saatdan artıq nəqliyyat vasitələrinin parklama yerlərində saxlanmasına icazə verilməyəcək. 24 saatdan artıq qalan avtomobillər xüsusi dayanacaqlara daşınacaq.

Malakan bağının yaxınlığında avtodayanacaq
© Sputnik / Irade JELIL
"Malakan bağı"nın yaxınlığında avtodayanacaq

"Bu dəyişikliyə görə yeni cərimələr də tətbiq ediləcək, parklama yerlərini qanunsuz tutmaq, parklama yerlərində düzgün saxlamamaq, əlillər üçün nəzərdə tutulmuş parklama yerlərində saxlamaq və s. bu kimi qayda pozuntuları üçün cərimələr tətbiq ediləcək. Bununla bağlı artıq müəyyən tədbirlər görülür" — K. Əliyev vurğulayıb.

Hüquqşünas Ərşad Hüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, yeni dəyişikliyə uyğun olaraq parklanmanın nişanlanması, işarələnməsi, 24 saat kvotası, əlillər üçün tətbiq ediləcək 5 faiz kvota və s. nəzərdə tutulub: "Son dəyişikliklərə görə, yeni parkomatlar qoyulacaq. Artıq yük avtomobilləri, avtobuslar parklama yerlərində saxlaya bilməzlər".

Onun sözlərinə görə, avtomobillər o zaman evakuasiya edilə bilər ki, sürücü avtomobilini dayanma-durmanın qadağan edildiyi yerdə saxlayıb getmiş olsun: "İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinə edilən dəyişikliyə görə, əgər avtomobil dayanma-durmanın qadağan edildiyi yerdə saxlanılıbsa, tıxac yaranmasına və ya hərəkətə hər hansı formada mane olursa, parklanma yerində 24 saatdan artıq dayanırsa, avtomobil evakuasiya edilə bilər".

"Amma avtomobil sadəcə dayanma-durma qaydasını pozubsa, sürücüyə cərimə yazılır və sonradan sürücü gedib cəriməsini ödəyir. Avtomobil evakuasiya edilirsə, bu zaman sürücü 40 manat ödəməli olur (20 manat cərimə, 20 manat evakuasiya). Onu da qeyd edim ki, avtomobil avtobus dayanacağında dayanıbsa, bunun cəriməsi 40 manatdır" — Ə. Hüseynov əlavə edib.

Ekspertlər bildirir ki, cərimələnmək istəməyən sürücülər qaydalara hər zaman riayət etməyə çalışmalı və diqqətli olmalıdır.

5270
Teqlər:
"Malakan bağı", Respublika Baş Dövlət Yol Polisi İdarəsi, evakuasiya, Ərşad Hüseynov, Kamran Əliyev, Sputnik Azərbaycan, parkomat, DYP, sürücü, şəhər, avtomobil
Əlaqədar
Sürücü özbaşınalığı kütləvi narazılığa səbəb olub
Xarici ölkələrin sürücülük vəsiqəsi ilə işləyənlərin nəzərinə
Sabahdan etibarən bu vətəndaşlar sürücülük hüququnu itirəcəklər
Prokuror və sürücüsü yol qəzasında öldü
Bakıda ziddiyyətli yol işarələri: sürücüləri günahsız yerə cərimələyirlər
Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

3
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

3
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

15
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

15