Telefon

Artıq zəhlətökən reklam "sms"lərindən canınız qurtaracaq

186
(Yenilənib 23:19 11.07.2017)
Mobil rabitə abunəçilərinin reklam "sms"ləri ilə bağlı narazılığına son qoyacaq qanun qüvvəyə minib

BAKI, 11 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev "Telekommunikasiya haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Telekommunikasiya haqqında" qanuna 50-1-ci maddə əlavə edilib.

Həmin maddəyə əsasən, Operator və provayder reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Operator və provayder abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Operator və provayder abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçinin yalnız arzuladığı reklamı yayımlamaq üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya "Reklam haqqında" qanunun müddəalarına zidd olan reklamın göndərilməsi üçün operator və provayder məsuliyyət daşıyır.

Operator və provayder ilə abunəçi arasında bu qanunun 50-1.1-ci maddəsinin ikinci cümləsində göstərilən reklamın göndərilməsi barədə müqavilə bağlanıldığı halda, abunəçinin reklam göndərilməsindən imtina etməsi barədə operatora və (və ya) provayderə sorğusu əsasında abunəçiyə məxsus son telekommunikasiya avadanlığına reklamın yayımlanması dərhal dayandırılır.

Operatora və provayderə məlumat üçün müraciət edən abunəçinin sorğusuna cavab verilənədək, reklam yayımlana bilər. Məlumat xidməti ödənişli olduqda, reklamın yayımlanması arayışın dəyərinə daxil edilə bilməz.

186
Heydər Əliyev Sarayı, arxiv şəkli

Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib

3
Layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

 

BAKI, 19 yanvar — Sputnik. Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, "Tarixi səhnə" layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.

Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.

Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, "Tarixi səhnə" adlı festivalın və "Tarixi səhnə" filminin çəkilməsi nəzərdə tutulub.

3

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

16
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

16

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

17
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

17