В Баку открылся первый книжный магазин юридической литературы

Hər 4 evliliyə 1 boşanma

54
(Yenilənib 23:26 10.07.2017)
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub

BAKI, 10 iyul — Sputnik. 2017-ci ilin ilk 4 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 18229 nikah və 4896 boşanma halları qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Məlumatda həmçinin qeyd edilib ki, bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 850 nəfər Azərbaycana gələn, 448 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 402 nəfər təşkil edib.

54