Əli qandallanmış adam, arxiv şəkli

"Sərçə" bazarındakı qətli ikiqat dünya çempionu törədib

275
(Yenilənib 13:16 10.07.2017)
Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 1994-cü il təvəllüdlü Eldəniz Məmmədov saxlanılıb

BAKI, 10 iyul — Sputnik. Gəncə şəhərində meyiti tapılan şəxsin Kikboksinq idman növü üzrə ikiqat dünya çempionu tərəfindən öldürüldüyü məlum olub.

Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Adil oğlu Orucovun şəhərin Kəpəz rayonu ərazisində yerləşən "Sərçə" bazarının yaxınlığında meyiti tapılıb. Yerli sakinlər tərəfindən Kəpəz Rayon Polis İdarəsinə məlumat verilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinə yerləşdirilib. Müayinə zamanı meyitin üzərində zorakılıq və döyülmə əlamətləri aşkarlanıb.

Dərhal Gəncə Şəhər Prokurorluğunda əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 1994-cü il təvəllüdlü Eldəniz Məmmədov saxlanılıb.

Məlum olub ki, axşam saatlarında Kəpəz rayonu ərazisində yerləşən çay evlərindən birində R.Orucov və E.Məmmdov arasında mübahisə olub. Mübahisə zəminində E.Məmmədov R.Orucovu döyüb. Ağır bədən xəsarətləri alan R.Orucov hadisə yerindən bir qədər uzaqlaşıb və huşunu itirərək yerə yıxılıb. Onun meyiti səhər saatlarında yerli sakinlər tərəfindən tapılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.

275
Teqlər:
Kəpəz Rayon Polis İdarəsi, Sərçə bazarı, dünya çempionu, qətl, Gəncə
Əlaqədar
Övladını çəkiclə qətlə yetirən şəxsə hökm oxunub
Qətlə yetirilən iş adamı ilə bağlı rəsmi bəyanat yayıldı
Azərbaycanlı biznesmenin müəmmalı qətli
Kirayənişinin qətli məsələsi xüsusi nəzarətə götürüldü
Dəhşətli qətlin tükürpədən təfərrüatları
Məmur, arxiv şəkli

Bərdə rayon Prokurorluğunda kadr dəyişikliyi olub

24
(Yenilənib 18:57 10.08.2020)
Bərdə rayon prokuroru Asəf Sarıkişiyev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin əmrinə əsasən, Rəşad İsgəndərov  Bərdə rayon prokuroru vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bərdə rayon prokuroru Asəf Sarıkişiyev isə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Rəşad İsgəndərov bu təyinata qədər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.

24
Əlaqədar
Baş Prokurorluqda dəyişikliklər: Üç aya 114 rəhbər vəzifəyə təyinat olub
Şirvanda vəzifəli şəxsə qarşı cinayət işi açıldı
Hərbi Prokurorluqda struktur dəyişikliyi: Təyinatlar var
Prokurorluqda kadr islahatları - Üç rayon və bir şəhərə təyinat var
Total dəyişiklik! Baş prokurordan yeni təyinatlar
Konstitusiya Məhkəməsinin binası, arxiv şəkli

Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edib

5
(Yenilənib 18:35 10.08.2020)
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə qərar Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclasında qəbul olunub.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar verilib.

Qərara görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

5
Əlaqədar
Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...
Ekspert: “İpoteka kreditlərinin artması pandemiya ilə əlaqəli deyil”
Əmanətlərin Sığortalanması Fondu bağlanmış 4 bankdakı əmanətlərlə bağlı açıqlama yayıb
Dünyanın bir nömrəli valyutasını taxtdan salırlar?
Qorxusu yoxdur! Azərbaycanın strateji valyuta ehtiyatları artıb
Sumatra adasında vulkan püskürməsi

Sumatra adası yenə lərzəyə gəldi: dəhşətli vulkan püskürməsinin VİDEOsu

0
(Yenilənib 19:02 10.08.2020)
İsti vulkan kütləsinin axını ətraf kəndləri dağıdıb və yerli sakinlər daha təhlükəsiz yerlərə köçmək məcburiyyətində qalıblar.

BAKI, 10 avqust — Sputnik. İndoneziynın Sumatra adasında Sinabunq vulkanı aktivləşib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, vulkanın püskürməsi hadisə şahidləri tərəfindən çəkilib.

Məlumata görə, vulkanın külləri dəniz səviyyəsindən 7,5 kilometr hündürlüyə qalxıb. Hakimiyyət vulkan ərazisinə 3-5 kilometr yaxın ərazilərə daxil olmağı məhdudlaşdırıb.

Bundan əlavə, insanlara qoruyucu maskalar taxmaq və evlərinə lavanın yaxınlaşmasını izləmək tövsiyə edilib.

Sinabunq 2010-cu ilə qədər 400 il yatmış vulkan hesab edilib. 2010-cu ildə vulkan aktivləşəndən sonra mütəmadi olaraq lava və kül püskürüb.

İsti vulkan kütləsinin axını ətraf kəndləri dağıdıb və yerli sakinlər daha təhlükəsiz yerlərə köçmək məcburiyyətində qalıblar. On il ərzində onlarla insan Sinabunq püskürmələrinin qurbanı olub.

0
Əlaqədar
Rusiyada vulkan püskürdü
Yüzillərlə açılmayan sirr yenidən araşdırılır
Çörəyi ver çörəkçiyə - Buradan da gəlir götürəcəyik
Vulkanların içində yatan sərvət - əlini uzat, götür
Taal vulkanı oyandı, əhalini köçürürlər - VİDEO