Masazır dairəsi

Bakı yaxınlığında "Bermud dördbucağı": giriş risklidir, çıxış da

1460
(Yenilənib 14:48 07.07.2017)
Burada ani səbirsizlik böyük faciəyə səbəb ola bilər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Bir müddət əvvəl Abşeron rayonu Masazır qəsəbəsinin girişində, körpünün altındakı "dörd yol" adlanan ərazidə işıqforlar quraşdırıldı. Məqsəd ərazidə yaranan tıxacın qarşısını almaq və sürücülərin rahatlığını təmin etmək idi. Çünki həmin ərazidə bir neçə istiqamətdən axın edən avtomobillər ciddi tıxac yaradır, hətta ağır qəzalar meydana çıxır.

Əraziyə işıqfor qoyulduqdan sonra həmin küçələrdən istifadə edənlərdə ümid yaranmışdı ki, arzuolunmaz durum tənzimlənəcək. Amma 1 aydan çoxdur quraşdırılsa da, ərazidəki işıqforlar işləmir. Üstəlik işıqforların rənglərinin rabitəsiz şəkildə, dayanmadan yanıb-sönməsi sürücülərdə bəzən çaşqınlıq yaradır.

Və yenə də ərazi əvvəlki vəziyyətinə qayıdıb, sürücülər tıxac əlində girinc qalıblar. Məsələn, üzü Sumqayıta getmək üçün dayanıb gözləməlisən ki, Masazırdan gələn avtomobil axını nə vaxt dayanacaq, ya da içlərindən kiminsə sənə rəhmi gəlib yol verəcək. Bu da olmayanda, bəzi sürücülərin səbri tükənir və qəza şəraiti yaradaraq yollarına davam edirlər.

Yaxınlıqda yaşayan sakinlər bildirirlər ki, axşam saatlarında vəziyyət daha acınacaqlı olur. Masazır sakini Əli Hüseynovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, "dörd yol" adlanan ərazidə hər zaman nəqliyyat sıxlığı müşahidə edilib.

  • Masazır dairəsi
    Masazır dairəsi
    © Sputnik / Irade JELIL
  • Masazır dairəsi
    Masazır dairəsi
    © Sputnik / Irade JELIL
  • Masazır dairəsi
    Masazır dairəsi
    © Sputnik / Irade JELIL
  • Masazır dairəsi
    Masazır dairəsi
    © Sputnik / Irade JELIL
1 / 4
© Sputnik / Irade JELIL
Masazır dairəsi

"Hazırda dəniz mövsümü olduğu üçün avtomobillərin sayı artıb. Axşam saatlarında Masazıra və Sumqayıta bu ərazidən keçib getmək böyük problemə çevrilir. Bilirsiniz ki, yaxınlıqdakı Abşeron Gənclər Şəhərciyinə aparan yeganə yol bu ərazidən keçir. Bir müddət əvvəl işıqfor qoyuldu. Amma heç işlədiyini görmədik" — deyir sakin.

Hüseynovun sözlərinə görə, hazırda vəziyyət çox acınacaqlıdır: "Yol təhlükəlidir. Sumqayıtdan qayıdıb Masazıra getmək üçün Masazır istiqamətindən gələn avtomobillərin yol verməsini gözləsən, gərək günlərlə ərazidə yatıb qalasan. Əsas yoldan gələnlər digər yollardakı avtomobillərə yol vermirlər. Əl edib, xahiş edəndə də deyirlər ki, "yol mənimdir, vermirəm". Nə qədər ki, ərazidə hansısa ağır avtomobil qəzası baş verməyib xahiş edirik ki, gəlib işıqforu düzəltsinlər".

Dairəvi hərəkət
Kararikatura
Dairəvi hərəkət

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. O, bildirdi ki, həmin ərazidə işıqforun işləməməsindən xəbərsizdir və məsələ ilə maraqlanıb, işıqforun işləməsini təmin edəcək…

1460
Teqlər:
Əli Hüseynov, işıqfor, Masazır qəsəbəsi, Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, yol, sürücü, qəza, avtomobil
Əlaqədar
Daha bir yol təmirə bağlanır
Paytaxtda daha bir yol yenidən qurulur
"Dövlət Yol Polisinin əməkdaşı bizneslə məşğul ola bilməz"
Daha bir küçə sürücülərin üzünə bağlanıb
Bakının küçələrində sürət həddi azaldılıb
Bakının bu küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Dilarə Kazımova, arxiv şəkli

"Avroviziya" mahnı müsabiqəsinin iştirakçısından "Azərbaycanım" - VİDEO

1
Bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq sosial mediada yeni işini paylaşıb.

BAKI, 23 noyabr — Sputnik. Müğənni Dilarə Kazımova vətənimizin qələbə qazanması münasibətilə yeni mahnısı "Azərbaycanım"ı təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq yeni işini özünün "Instagram" səhifəsində paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от D I L A R A (@dilarakazimova)

Musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə Dilarə fikirlərini belə ifadə edib: "İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir. Stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir".

D.Kazımova mahnı üçün kamera qarşısına da keçib. O, Gülnarə Xəlilovanın "Xalçaların dili" kolleksiyasından libas geyinib.

Qeyd edək ki, mahnının aranjmanı Camal Qurbanov, miks və soundu isə Samir Əsədova məxsusdur.

1
Teqlər:
müsabiqə, Dilarə Kazımova, qələbə, mahnı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

7
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

7
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus