Sovetskidə sökülmüş ev

"Sovetski"dəki sökülmüş evlərdən xəzinə tapılacaqmı

7255
(Yenilənib 23:02 01.07.2017)
Ölkənin məşhur eksperti əmindir ki, Bakının məşhur küçəsindəki sökülmüş evlərdən indiyə heç nə gəlib çatmayıb

BAKI, 1 iyul — Sputnik. Yaxın vaxtlarda Bakınını məşhur "Sovetski" küçəsində yerləşən tarixi evlərdən əsər-əlamət qalmayacaq. Onları yeni binalar, parklar və yollar əvəz edəcək.

Bununla əlaqədar olaraq Sputnik Azərbaycan-ın müxbiri Azərbaycan Milli İncəsənət Muzeyinin Muzeylərin Mühafizəsi və Bərpası şöbəsinin müdiri, Azərbaycanın əməkdar incəsənət xadimi Namiq Səfərovla danışaraq ondan uçurulmuş köhnə evlərdən tarixi əhəmiyyəti olan əşyaların, qızıl və pulların tapılmasının mümkünlüyü barədə soruşub.

Ekspert inanmır ki, oradan qiymətli nəsə tapılsın. Onun sözlərinə görə, bu küçədəki evlər öz ölçüsünə görə yumurta qabığını xatırladır. Amma orada o zamanlara görə varlı sayılan adamların da binaları var. 

"Sovet dövründə varlıların evləri dəfələrlə bahalı əşyaların axtarışına məruz qalıb. Ona görə də orada heç nə qalmayıb. Oradakı gecəqondularda bu qəbildən nə isə tapmağa ümid etmək olmaz. Özü də nəzərə alanda ki, orada bir həyətdə 40-a yaxın adam yaşayıb" — Səfərov deyib.

O, qeyd edib ki, buradakı evlərin çoxunu vaxtilə əsasən ölkənin müxtəlif regionlardan iş tapmaq ümidi ilə Bakıya gəlmiş kasıb insanlar tikib. Onun sözlərinə görə, indiyə qədər də "Sovetski" küçəsi paytaxtın oğrular, narkomanlar yaşayan ən kriminal yeri sayılır. Əlbəttə ki, istisnalar da var.

Ekspert hesab edir ki, ola bilsin, oradan hansısa yararsız köhnə silah tapılsın, amma qızıl və pul deyil. Bir sıra binaların, eləcə də varlıların evinin yerindən qızıl sikkələr də tapıla bilər. Çünki keçmişdəki adətə görə, kimsə ev tikəndə onun dost-tanışları gəlib evin fundamentinə dəmir pul atırdılar. Ancaq Səfərov əmindir ki, əgər zamanında oradan nə isə tapılıbsa da, artıq çoxdan satılıb.

7255
Əlaqədar
"Sovetski"də çoxlu sayda piyada keçidi olacaq
“Sovetski” tipli gecəqondu massivləri şəhərin mərkəzindən yığışdırılmalıdır"
Prezident "Sovetski"dəki məscidin söküntüsünü dayandırdı
Sovetski-də dövlət ehtiyacı üçün alınan torpaq sahələri müəyyən olunub
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

42
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

42
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

31
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

31