Ziyafət Əsgərov - Milli Məclis sədrinin I müavini

"Azərbaycanda hakim azlığı müşahidə olunur"

60
Ziyafət Əsgərov: "Yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə, məhkəmələrdə baxılan mülki işlərin sayı xeyli artıb"

BAKI, 30 iyun — Sputnik. "Məhkəmə sistemində aparılan islahatlar məhkəmələrə ictimai etimadı xeyli yüksəldib. Artıq insanlar pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməyə daha çox üstünlük verirlər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, məhkəmə statistikasına diqqət yetirsək, görərik ki, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə, məhkəmələrdə baxılan mülki işlərin sayı xeyli artıb.

"Lakin, buna baxmayaraq, hakimlərimiz işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Təsadüfi deyil ki, birinci instansiya məhkəmələri tərəfindən mülki xarakterli işlər üzrə çıxarılmış qərarların təxminən 98 faizi sabit qalıb. Bununla belə, yeni çağırışlar nəzərə alınaraq ölkəmizdə məhkəmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, habelə, hakimlərin iş yükünün azaldılmasına istiqamətlənən institusional və qanunvericilik islahatları davam edib" — birinci vitse-spiker bildirib.

Z. Əsgərov qeyd edib ki, dövlət başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına uyğun olaraq, məhkəmə fəaliyyətinin elektronlaşdırılması və bu məqsədlə elektron məhkəmə sisteminin tətbiqi ilə vətəndaşlar məhkəmələrə həmçinin, elektron qaydada müraciət etmək imkanı əldə ediblər: "Artıq vətəndaşlar məhkəmələr barədə daha ətraflı məlumatlar əldə etmək üçün şəxsi kabinetdən istifadə edə bilərlər. Yəni, internetdə xüsusi portal yaradılıb və həmin portala hər bir vətəndaş daxil ola bilər, öz kabinetini yarada bilər. Və onun öz kodu var və həmin o kod vasitəsilə şəxsi kabinet yaradılır".

O, əlavə edib ki, Azərbaycanda məhkəmə-hüquq sisteminə kölgə salmaq üçün bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayının bilərəkdən çox olduğunu bildirirlər: "Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla bağlı qərarların sayından daha çoxdur. 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul olunub. İslahatlar nəticəsində hakimlərin sayının iki dəfə artırılmasına baxmayaraq, Azərbaycanda hakim azlığı müşahidə olunur".

60
Teqlər:
sistem, Ziyafət Əsgərov, islahat, vətəndaş, hakim, hüquq, məhkəmə
Əlaqədar
Rusiya Ali Məhkəməsinin məlum qərarından şikayət verildi
Sabiq nazir zorla məhkəməyə gətiriləcək
Xəzəryanı dövlətlər arasında məhkəmə çəkişməsi
Azərbaycanda məhkəmədə film kimi olay yaşandı
Məhkəmədən "humanist" addım: 8 uşağın qatili azadlığa çıxdı