KİVDF-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası

KİVDF-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası olub

89
(Yenilənib 21:49 29.06.2017)
İclasda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov iştirak edib

BAKI, 29 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Fondun icraçı direktoru Vüqar Səfərli və Müşahidə Şurasının yeni təyin olunmuş üzvləri iştirak ediblər.

Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 13 iyun tarixli Sərəncamı ilə yenidən Fondun icraçı direktoru təyin edilmiş Vüqar Səfərlini təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Əli Həsənov Fondun Müşahidə Şurasının dövlətimizin başçısının 2017-ci il 5 iyun tarixli Sərəncamı ilə təyin edilmiş üzvlərinə də uğurlar arzulayaraq onların KİVDF-nin səmərəli fəaliyyətinə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib. Fondun icraçı direktorunun və Müşahidə Şurasının yeni üzvlərinin cəmiyyətdə tanındıqlarını və medianın inkişafında mühüm xidmətlərinin olduğunu vurğulayan Prezidentin köməkçisi onların dövlətimizin başçısının yüksək etimadını doğruldacaqlarına əmin olduğunu bildirib. 

Əli Həsənov dövlətin mediaya daim yüksək diqqət və qayğı göstərdiyini, bunun əyani nümunəsi olaraq 8 il əvvəl yaradılmış Fondun fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Fondun fəaliyyətinin ictimaiyyət üçün daim açıq olduğunu, medianın inkişafına xidmət edən bütün qərarların Müşahidə Şurasının iclaslarında şəffaf və kollegial şəkildə qəbul edildiyini bildirən Əli Həsənov ötən illərdə formalaşmış müsbət idarəçilik ənənələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Prezidentin köməkçisi Fondun dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkədə fikir, söz və məlumat azadlığının inkişafına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının inşa edilməsini dünyada analoqu olmayan konstruktiv təcrübə kimi qiymətləndirən Əli Həsənov 22 iyul — Milli Mətbuat Günü münasibətilə daha 255 mənzilin ədalətli və şəffaf seçim əsasında jurnalistlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, ölkə rəhbərliyi bundan sonra da medianın inkişafına və problemlərinin həllinə, eləcə də Fondun bu sahədə həyata keçirdiyi layihələrin uğurla reallaşdırılmasına dəstəyini əsirgəməyəcək.

Sonra Fondun Nizamnaməsinə müvafiq olaraq iclasda Müşahidə Şurasının sədri və sədr müavininin seçilməsi ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərinin yekdil səsverməsi ilə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov Şuranın sədri, "Trend" informasiya agentliyinin baş direktoru İlqar Hüseynov sədr müavini seçiliblər. 

Görkəmli Azərbaycan jurnalisti Nəcəf Nəcəfov
© Photo : Mayis Əlizadənin arxivi

Fondun icraçı direktoru Vüqar Səfərli göstərilən yüksək etimada görə öz adından və Müşahidə Şurasının yeni üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib. İcraçı direktor göstərilən etimadı doğrultmaq üçün bundan sonra da səylə çalışacaqlarını qeyd edib. Vüqar Səfərli medianın problemlərinin həllinə həssas və qayğıkeş münasibətinə görə, həmçinin Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənova minnətdarlığını bildirib.

Müşahidə Şurasının sədri Həsən Həsənov, şura üzvlərindən İntiqam Hümbətov və Bəhruz Quliyev çıxış edərək göstərilən yüksək etimada görə dövlətimizin başçısına təşəkkürlərini bildirib, Fondun və Müşahidə Şurasının səmərəli fəaliyyəti üçün səylə çalışacaqlarını vurğulayıblar.

İclasda Fondun gələcək fəaliyyət istiqamətləri ətrafında da müzakirələr aparılıb.

89
Teqlər:
KİVDF, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Əli Həsənov, Azərbaycan
Əlaqədar
Prezident KİVDF ilə bağlı qərar verdi: yeni simalar
Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü
"Sən supersən!" layihəsinin iştirakçısı Xoşqədəm Mehdiyevanın mətbuat konfransı
Tanınmış rusiyalı ekspertlərin mətbuat konfransı keçiriləcək
Mətbuat Şurasından Kütləvi İnformasiya Vasitələrinə müraciət

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

44
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

44
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

9
Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

BAKI, 18 may - Sputnik, Rahim Muradov. Lənkəranda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Şağlaser kəndi ərazisində baş verib.

Gecə saatlarında adı hələlik məlum olmayan Masalli rayonu Alvadı kənd sakini idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Şağlaser kənd sakini 57 yaşlı Ağaziyad Əliyevi vurub. Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Ağaziyad Əliyevin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

9