Kristiano Ronaldo sevgilisi Georgina Rodrigez

Əfsanənin əkiz oğlu olub

148
(Yenilənib 17:51 29.06.2017)
Dünya şöhrətli futbol ulduzunun surroqat anadan əkiz oğlanları dünyaya gəlib

BAKI, 29 iyun — Sputnik. Madrid "Real"ının və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldo əkiz oğlanlarının dünyaya gəldiyi barədə xəbəri təsdiqləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə öz facebook səhifəsində məlumat verib.

"Mən bütün gücümü yığmanın matçlarına verdim, baxmayaraq ki, iki oğlum dünyaya gəlib. Təəssüf ki, biz qarşıya qoyduğumuz məqsədə çata bilmədik, amma irəlidə portuqaliyalılara sevinc bəxş edəcəyimizə əminəm" — deyə Ronaldo bildirib. O, əlavə edib ki, əkizlərini ilk dəfə görəcəyi üçün çox şaddır. 

32 yaşlı futbolçu Portuqaliya yığmasının məskunlaşdığı yeri onun komandası Konfederasiyalar kubokunun yarımfinalında Çiliyə uduzandan sonra tərk edib. Həmin görüş iyunun 28-də "Kazan Arena"da olub. Cənubi Amerika təmsilçisi həmin matçda penaltilər seriyasında 3:0 hesabı ilə qalib gəlib. 

KİV iyunun 11-də Ronaldonun surroqat anadan əkiz oğlanlarının olması ilə bağlı məlumat yaymışdı. Futbolçunun əkizlərdən başqa altı yaşlı Kriştianu adlı oğlu var. Kiçik Kriştianu da surroqat anadan dünyaya gəlib. Hazırda hücumçu 22 yaşlı ispan model Corcina Rodrigeslə görüşür.

148
Teqlər:
"Kazan Arena", Konfederasiyalar kuboku, Real Madrid, Corcina Rodriges, Kriştianu Ronaldo, Cənubi Amerika, Portuqaliya, Çili
Əlaqədar
Ronaldo "Real"dan ayrılmaq qərarının qəti olduğunu deyib
Ronaldu yeni rekorda imza atdı
Kristiano Ronaldo türklər haqda elə ifadə işlətdi ki...
Ronaldudan şok etiraf: "Geyəm, amma..."
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

6
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

6
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Emin Şəkinski, arxiv şəkli

General Emin Şəkinski vəfat etdi

37
E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

BAKI, 21 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, general - mayor uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb.

E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

37
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC