BakuBus MMC-yə məxsus avtobus, arxiv şəkli

“Formula-1” ilə bağlı marşrutlarda edilən dəyişiklik ləğv olunub

41
(Yenilənib 17:50 27.06.2017)
BNA: “Formula-1” ilə bağlı 18 marşrutda edilən dəyişiklik ləğv olunub

BAKI, 27 iyun — Sputnik. Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləğv edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

“Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib” — deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar 1, H1 (“Baku Bus” MMC), 2, 4, 5, 6, 8, 14, 18, 21, 31, 37, 46, 61, 65, 77, 88 və 125 nömrəli marşrut  avtobuslarının hərəkətində dəyişikliklər edilmişdi.

41
Teqlər:
Bakı Şəhər Halqası, 2017 Formula-1 Azərbaycan Qran-prisi, BNA, Bakı Nəqliyyat Agentliyi, Bakı
Mövzu:
Formula 1 Azərbaycan Qran-Prisi (26)
Əlaqədar
Prezident ailəsi ilə birlikdə Formula-1-in finalını izləyib
Formula 1 Azərbaycan Qran Prisinin qalibi bəlli oldu
Formula-da yenə qəza baş verdi
Formula 2-nin növbəti yarışı başladı