Misir prezidenti Əbdül Fəttah əl Sisi

Prezident Ramazan münasibətilə məhbusları əfv etdi

65
(Yenilənib 16:47 24.06.2017)
Əfv olunanların böyük əksəriyyəti icazəsiz mitinqlərdə iştiraka görə həbs olunan şəxslərdir

BAKI, 24 iyun — Sputnik. Misir prezidenti Əbdül Fəttah əl Sisi Ramazan bayramı ilə əlaqədar 500-dən çox məhbusun əfv olunması barədə fərman imzalayıb.

Modern.az-ın məlumatına görə, əfv olunanların böyük əksəriyyəti icazəsiz mitinqlərdə iştiraka görə həbs olunan şəxslərdir.

Qeyd edək ki, ötən il də Misir prezidenti Ramazan bayramı ilə əlaqədar 300-dən çox məhbusu əfv etmişdi.

65