Tənha uşaq

"Mənim atam sənin atanı döyər" deyə bilmədiyi üçün...

148
(Yenilənib 16:48 24.06.2017)
Onlar özlərini qorumaq məcburiyyətində qaldıqları üçün daha sərt xarakterli olurlar

BAKI, 24 iyun — Sputnik. 2017-ci ilin ilk 4 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 18 min 229 nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu müddət ərzində ölkədə boşananların sayı 4 min 896 olub. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Boşanmalar zamanı ən böyük zədəni uşaqlar alır. Valideynlərin ayrılması, atasız və yaxud anasız həyat, uşağın psixoloji inkişafına, formalaşmasına böyük təsir edir. Bu təsir daha çox oğlan uşaqlarında özünü biruzə verir. Atasız həyat oğlan uşağının gələcək həyatını, gələcəkdə necə insan olacağını sual altında qoyur.

Sosioloq Əhməd Mansurovun Sputnik Azərbaycan-a izahına görə, uşaqların özünə inamlı və tam yetkin inkişafı üçün ailənin də tam olması vacibdir: "Bu uşaqların həm psixoloji, həm də sosial baxımdan inkişafı üçün önəmli məsələdir. Uşaq üçün ata və ana obrazlarının olması ilk növbədə cəmiyyətdə qadın və kişi rollarını ayırmağa kömək edir".

"Atanın olmaması, adətən uşaqlarda özünəinamın aşağı olmasına, öz həmyaşıdları tərəfindın qəbul olunmama probleminə səbəb olar bilər. Onların bəzi hallarda ayrı-seçkiliyə məruz qalması və ya cəmiyyət tərəfindən həddən artıq qayğı göstərilməsi, həddən ziyadə diqqətə məruz qalması da buna gətirib çıxarır. Yəni, "sənin atan yoxdur, biz sənə belə davranırıq" kimi düşüncə tərzi məhz həmin uşaqların travmatik böyüməsinə səbəb olur, beləliklə uşaqlar cəmiyyət tərəfindən hansısa addımı gözləməyə alışır" — mütəxəssis bildirib.

Sosioloqun sözlərinə görə, analar çalışmalıdırlar ki, ailədə atanın olmaması hiss edilməsin: "Cəmiyyətdə daha çox nümunəvi ata və ana obrazlarının olmasına ehtiyac var".

Mansurov hesab edir ki, atası olmayan uşaqlar da ən azından nümunəvi kişi obrazlarını haradasa görməldirlər ki, onlar da gələcəkdə ailədə atalıq məsuliyyətini dərk edə bilsinlər: "Bu cür obrazlar adətən baba, əmi-dayı, liderliyi olan şəxslər, kişi müəllimlər ola bilər. Ancaq təəssüflə qeyd edim ki, ailəsini üstün tutan, onu sevən, onun qayğısına qalan normal kişi obrazlarına çox az rast gəlinməsi, bu cür uşaqların da gələcəyini şübhə altına alır".

"Təəssüflə qeyd etmək lazımdır ki, ildən-ilə atasız uşaqların sayı artır. Səbəb isə kişilərin məsuliyyətdən qaçmasıdır. İndiki kişilər Azərbaycan kişisinin tarixən formalaşan kontekstindən uzaqlaşıblar. Və bu proses davam edir. Nə qədər problemli münasibətlər olacaq, nə qədər problemli ailələr olacaq, o qədər də bu uşaqların sayı artacaq" — ekspert vurğulayır.

Psixoloq Ramin Hacıyev də Sputnik Azərbaycan-a deyib ki, hər bir oğlan uşağı üçün ata tərbiyəsi önəmlidir: "Ata olduğu zaman, oğlan uşağı böyüdükcə ondan dərs alır, nümunə götürür. Özünü ona bənzətməyə çalışır. Bu, adətən özünü danışıq tərzində, geyimdə daha çox biruzə verir. Amma ailədə oğul yalnız ana tərəfindən tərbiyə ediləndə, həmin uşaqda müəyyən komplekslər yaranır".

Hacıyevin sözlərinə görə, belə uşaqların qadınlarla münasibəti daim gərgin olur: "Bəzən ata ailəni tərk edən zaman uşaq anasından ailəni dağıdan digər qadın haqqında neqativ fikirlər eşidir. Və bu fikirlər uşaqda qadınlara qarşı şüuraltı nifrət-qorxu qarışıq bir hiss yaradır. Bu hiss isə uşaq üçün yalnız maneələr yaradır".

Psixoloq bildirir ki, ailədə ata yoxdursa, oğlan uşağını düzgün formalaşdıran kişi mütləq olmalıdır: "Oğlan uşağı ailədə hər hansı bir kişidən emosiya ala bilməsə, düzgün formalaşa bilməz. Ailədə ata yoxdursa, ana daim uşağı ilə dialoqda olmalıdır. Onun düşüncələrinə, fikirlərinə önəm verməli, azarkeşi olduğu futbol klubu, sevdiyi oyunlar, xoşaldığı geyimlər haqqında məlumatlı olmalıdır. Atasızlıq oğlan uşaqlarında özünə inamsızlıq, depressiyaya meyllilik, ailə həyatı quran zaman anaya bağlılıq yaradır. Bu hal isə sonradan qurulan ailənin dağılması ilə nəticələnir".

R. Hacıyev bildirir ki, atasız oğlan uşaqları yaşıdları ilə də müəyyən problemlər yaşayır: "Ata uşağın psixoloji inkişafında mühüm rol oynayır. Uşaqlar böyüyüb formalaşdıqdan sonra atasız olmağın təsirini hiss etməyə başlayırlar. Atasız böyüyən oğlan uşaqları həyatlarına qarışan bir ata olmadığı üçün sərbəst olurlar".

"Ancaq ailənin məsuliyyətini dərk etdikləri üçün bu azadlıq onlar üçün əhəmiyyətsizdir. Bu uşaqlar özlərini də qorumaq məcburiyyətində qaldıqları üçün daha sərt xarakterli olurlar. Atasız böyüyən oğlan uşaqları uşaqlıqlarını yaşaya bilmədikləri üçün daxilən hər zaman uşaq kimi qalırlar. Hər şeyi tək başına öyrənirlər. "Mənim atam sənin atanı döyər" deyib yaşıdları ilə dava edə bilmədikləri üçün daha çox davakar olurlar. Hər çətinlikdə özləri ayaq üstə durmağa çalışırlar. Amma buna rəğmən başlarını oxşadığınız zaman gözləri dolacaq qədər kövrəkdirlər" – deyə psixoloq əlavə edir.

Mütəxəssislərin fikrincə, ailədə boşanma baş versə də, tərəflər uşaqların xətrinə bir-birini başa düşməli, uşaqların hər iki valideynlə vaxtaşırı görüşməsinə şərait yaratmalıdır.

148
Teqlər:
Ramin Hacıyev, Əhməd Mansurov, valideyn, boşanma, travma, övlad, Sputnik Azərbaycan, sosioloq, psixoloq, ailə, ana, ata, Azərbaycan, uşaq
Əlaqədar
"Mənim övladımın siqaret çəkməsindən kimə nə?"
Valideyn hansı halda övladının cəzasını çəkəcək - agah olun
Ailə münasibətlərimizə müdaxilə: ya övladının haqqını tapdala, ya da...
Hər 100 ailədən 30-u bu dərdi çəkir
"Bu məsələdə ailə və məktəb günahkardır"
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

63
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

63
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

26
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

26

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam