Qafqaz qara gürzəsi

Buna "ölümlə oynamaq" deyirlər

351
(Yenilənib 16:42 24.06.2017)
Çoxumuz üçün ölüm riski daşıyan əməli, o, hobbiyə çevirib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Məhəmməd Məmmədxanov Qəbələ rayonunun Kürd kəndindəndir. Qəbələ-Ağdaş yolunun kənarında, "Palantökən" deyilən ərazidə çayxana işlədir. Onu başqalarından fərqləndirən bir cəhəti var. Belə ki, Məmmədxanov heç kimin cürət etmədiyi işin öhdəsindən gəlir.

Məhəmməd Məmmədxanov Qafqaz qara gürzəsi ilə oynayır və sürünəni qıcıqlandırmaq üçüm müxtəlif hərəkətlər edir
© Sputnik / Ilham Ahmadov
Məhəmməd Məmmədxanov Qafqaz qara gürzəsi ilə oynayır və sürünəni qıcıqlandırmaq üçüm müxtəlif hərəkətlər edir

Qəhrəmanımız dünyanın ən təhlükəli ilanları sırasında olan Qafqaz qara gürzəsi ilə oynayır və sürünəni qıcıqlandırmaq üçüm müxtəlif hərəkətlər edir. Kənardan baxan insanların diqqətini çəkən bu hərəkətlər, əslində ilanla davranmağı bacarmayan biri üçün olduqca təhlükəlidir. Ancaq Məhəmmədin ilanlarla bağlı heç bir qorxusu yoxdur və onlarla davranış qaydasını bilir.

Qafqaz qara gürzəsi
© Sputnik / Ilham Ahmadov
Qafqaz qara gürzəsi

Dediyinə görə, illər boyu müxtəlif görünüşlü, ölçülü, fərqli növlərdən olan ilanlarla qarşılaşıb. Hamısı ilə də "yola getməyi" bacarıb.

Həmsöhbət olduğumu əsnada, qəfildən əlindəki ilan Məhəmmədi sancmağa cəhd etdi, hətta əlini yüngülcə yaralamağı da bacardı. Lakin, oğlanın çevikliyi nəticəsində ilanın həmləsinin qarşısı alındı.

351
Teqlər:
gürzə, Kürd kəndi, Məhəmməd Məmmədxanov, Qəbələ rayonu, ilan
Əlaqədar
Deputatdan açıqlama: İki gündür şəhərlərdə ilanlar dolaşır...
İlanlar bu bölgənin əhalisinə qənim kəsilib
İlanla kənd sakini arasında amansız mübarizə
İlanlar və əqrəblər insanlara qənim kəsilib
Paytaxtın mərkəzində üç metrlik ilan
Azərbaycanda ilanlarla eyni evdə yaşayan ailə
"İlan şah"ın öldürülməsi
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

0
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

15
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

15
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə