Binəqədi rayonu Firdovsi Vəliyev küçəsindəki evlərdən birinin divarından asılmış zibil torbaları

Binəqədi sakinləri məcburiyyətdən qeyri-adi addım atıblar

6657
İcra hakimiyyətinin nümayəndələri qapı-qapı gəzərək ortalığı təmizləyirlər

BAKI, 23 iyun — Sputnik. Binəqədi rayonu Firdovsi Vəliyev küçəsinin sakinləri yolun yaxşı təmir edilməməsi və məişət tullantılarının atılması üçün zibil yeşiklərinin qoyulmamasından şikayət edirlər. Sakinlər bununla bağlı Sputnik Azərbaycan-a müraciət ediblər. 

Ərazidə yaşayan Zaur Nurməmmədov bildirir ki, küçədə təmir işləri keyfiyyətli aparılmayıb. Nurməmmədov hətta bu barədə şikayət məktubu ilə Binəqədi Rayon İcra Hakimiyyətinə və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə də müraciət edib. Məktubun cavabı isə belə olub: " Məktubunuzu aldıq, şikayətiniz araşdırılacaq". Ancaq o gündən bu günə qədər məsələ ilə maraqlanan olmayıb.

Binəqədi rayonu Firdovsi Vəliyev küçəsindəki evlərdən birinin divarından asılmış zibil torbaları
© Sputnik / Irade JELIL
Binəqədi rayonu Firdovsi Vəliyev küçəsindəki evlərdən birinin divarından asılmış zibil torbaları

Şikayətçi sakinlər deyirlər ki, "Azərsu" ASC həmin küçədə iki dəfə – 2015 və 2016-cı illərdə qazıntı işləri aparıb. Sonradan qazılan ərazi yaxşı təmir edilməyib: "Təmir zamanı biz yaxınlaşıb iradımızı bildirdik ki, belə təmir olmaz, yol sıradan çıxacaq. Amma bizi dinləyən olmadı. İndi bir balaca yağış yağan kimi həmin çuxurlar su ilə dolur, yol keçilməz vəziyyətə düşür. O vaxt yolu "Azəravtoyol"-un əməkdaşları bərpa edirdilər".

Nurməmmədovun sözlərinə görə, sakinlər bu məsələ ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə, "Azəravtoyol" ASC və "Azərsu" ASC-yə məktubla müraciət ediblər. Amma dediklərinə görə, bu günə kimə heç bir qurum küçədəki vəziyyətlə maraqlanmayıb.

Evin divarından asılmış zibil torbaları
© Sputnik / Irade JELIL
Küçədə zibil qutuları qoyulmadığından, sakinlər məişət tullantılarını bu qaydada qapılarından asmağa məcburdurlar

Şikayətçi sakin həmçinin bildirir ki, küçədə sakinlərin məişət tullantılarını atması üçün zibil qutuları da qoyulmayıb. Elə bu səbəbdən də, çarəsiz qalan sakinlər qapılarına sıra ilə mismar vuraraq məişət tullantılarını qapılarından asırlar. Bu, həm də bir növ ərazidə zibil qutularının olmamasına etiraz əlamətidir. Həftənin iki günü isə İcra Hakimiyyətinin xüsusi avtomobili və işçiləri gəlib, qapılardan zibillər yığıb aparır.

"İnanın ki, vəziyyət acınacaqlıdır. Düşünün, həftədə iki dəfə zibillər daşınır. Qapılara nə qədər zibil yığılır, təsəvvür edin. Bir dəfə qonşulardan biri övladı üçün toy edirdi. Düşüb qapılardan bir-bir zibilləri yığdı ki, video çəkilişlər zamanı qapılardakı zibillər kameraya düşməsin" — Nurməmmədov qeyd edib.

Yağış yağan çuxurlar su ilə dolur, yol keçilməz vəziyyətə düşür
© Sputnik / Irade JELIL
Yağış yağan çuxurlar su ilə dolur, yol keçilməz vəziyyətə düşür

Şikayətçi bildirir ki, bu məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət edilsə də, heç bir nəticə əldə edə bilməyiblər. Onlara bildirilib ki, küçəyə zibil qutularının qoyulması üçün yer verilmir.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol qurumun balansında deyil: "Binəqədi rayonu ərazisində bəzi küçələr icra hakimiyyətinin və bələdiyyənin balansındadır. Bizim siyahımızda həmin küçənin adı yoxdur".

"Ola bilsin ki, ərazidə hər hansı bir qurum yeraltı kommunikasiya xətlərinin çəkilməsi ilə bağlıq qazıntı işləri aparıb. Qazıntını hansı qurum aparırsa, təmir və bərpa işləri də həmin qurum tərəfindən həyata keçirilməlidir. "Azəravtoyol" ümumiyyətlə həmin ərazidə heç bir iş aparmayıb" — Nəcəfli vurğulayıb.

"Azərsu" ASC nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə isə, ərazidə qazıntı işləri 2015-2016-cı illərdə deyil, 2014-2015-ci illərdə aparılıb. Amma sonradan qazılan yerlərə qurum tərəfindən asfalt salınıb, yol bərpa edilib: "Aradan 2-3 il keçib, indi yol təmirsizdirsə, artıq bu, qurumun məsuliyyətində deyil. Ərazi yeni salınmış yaşayış massividir, orada asfalt salınmış yollar da var, belə yollar da".

Küçənin asfalt örtüyü tam yararsız vəziyyətdədir
© Sputnik / Irade JELIL
Küçənin asfalt örtüyü tam yararsız vəziyyətdədir

Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

6657
Teqlər:
Binəqədi Rayon İcra Hakimiyyəti, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti, Zaur Nurməmmədov, Firdovsi Vəliyev küçəsi, zibil, Binəqədi rayonu, təmir, sakin, "Azərsu" ASC
Əlaqədar
Cəfər zibilə düşüb, Səməd kədər içində, Hüseyn başını yerdən qaldıra bilmir...
Zibil yeşiklərindən yığır, köhnə hamam vannasında yuyur və...
Nazirlikdən zibil xəbərdarlığı
Zibil daşıyana 4300, xadiməyə 3900 manat maaş
Paytaxt əhalisi zibilə düşüb
Zibil boşaldarkən canından oldu
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

51
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

51
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

22
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

22

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam