CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sim kartlardan yalnız özünüz istifadə edə biləcəksiniz

© Sputnik / Murad OrujovSIM-карта, фото из архива
SIM-карта, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sim kartların gəlir əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulub

BAKI, 22 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev "Telekommunikasiya haqqında" qanuna dəyişiklikləri təsdiq edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilib.

Digər əlavə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması ilə bağlıdır.

Xəbər lenti
0