Avtobus

Daha üç marşrut xəttinin istiqaməti dəyişib

54
38 nömrəli marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməklə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq

BAKI, 21 iyun — Sputnik. Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 11, 38 və 71 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Bakı Nəqliyyat Agentliyinin (BNA) xüsusi monitorinq qrupu tərəfindən hərtərəfli təhlil edilib.

BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, hər üç marşrut xətti üzrə avtobusların hərəkət sxemində müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib. Nəzərdə tutulan dəyişikliklərin sərnişinlərin rahatlığı baxımından səmərəli olmasını müəyyənləşdirmək məqsədi ilə 11, 38 və 71 nömrəli marşrut xətti üzrə avtobuslar 24 iyun tarixindən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək. 

Qeyd edək ki, 11 nömrəli marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Neymətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək. Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.

38 nömrəli marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməklə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq.

Metronun "Azadlıq prospekti" stansiyasından "Baksol yolu" adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə Koroğlu metro stansiyasına hərəkət edəcək.

54
Teqlər:
BNA, Bakı Nəqliyyat Agentliyi, Mais Ağayev
Əlaqədar
Daha bir marşrut xəttində dəyişiklik edilib
Bakıda 35 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdiriləcək
Bu marşrut xəttinin hərəkətində dəyişiklik edilir
Bakıda marşrut xətti dəyişdi