QMİ

QMİ sərt xəbərdarlıq etdi

104
Sosial şəbəkələrdə QMİ qazısı Hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna "Seyid Ağa" vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosunun yayılması geniş müzakirələrə səbəb olub

BAKI, 21 iyun — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun "Seyid vəsiqəsi" verməsi faktı ilə bağlı tədbir görülüb.

APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu məsələ Komitə və QMİ tərəfindən birgə araşdırılıb.

Onun sözlərinə görə, həmin qazıya xəbərdarlıq edilib: "QMİ onun yaşlı olmasını, din sahəsində fəaliyyətini nəzərə alıb, xəbərdarlıq etməklə kifayətlənib. Təbii ki, bu, yolverilməz haldır, həmin şəxs özü də bundan peşman olduğunu bildirib".

Qeyd edək ki, sosial şəbəkələrdə QMİ qazısı Hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna "Seyid Ağa" vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosunun yayılması geniş müzakirələrə səbəb olub.

104
Əlaqədar
Amerikalıların "ilanı Seyid Əhməd əli ilə tutmaq" planı
Azərbaycan Prezidenti: “Göstərdik ki, İslam mədəniyyət dinidir"
Əcnəbilərə Azərbaycanda dini təbliğat aparmağa icazə verildi, lakin...