CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının küçələrində sürət həddi azaldılıb

© Photo : azeravtoyol.gov.azBinəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində və Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb
Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində və Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saata endirilib

BAKI, 17 iyun — Sputnik. Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralında sürət həddi azaldılıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Heydər Əliyev prospektindən Buzovna dairəsinə qədər və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saata endirilib.

Məlumatda qeyd edilir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sürücülərə yollardakı sürət həddinə əməl etmələrini tövsiyə edib.

Xəbər lenti
0