XXI əsrin qadınları İB-nin insan alverinə qarşı mübarizəyə həsr olunmuş tədbiri

Сənub bölgəsində insan alveri müzakirə edilib

93
(Yenilənib 01:02 17.06.2017)
Layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı İsmayıllı, Şamaxı, Bərdə, Agcabədi, Ağdam, Xaçmaz, Astara, Lənkəran, Masallı rayonlarında da bu cür tədbir keçirilib

BAKI, 16 iyun — Sputnik. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  təşkilatı dəstəyi  və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə "XXI Əsrin Qadınları” İctimai Birliyi Massallı, Lənkəran, Astara Dövlət Humanitar Kollecində "Insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, bu sahədə psixoloji və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi” layihəsini həyata keçirib. 

Təşkilatın sədri Mahirə Əmirhüseynova bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarətdir.


Layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı İsmayıllı, Şamaxı, Bərdə, Agcabədi, Ağdam, Xaçmaz, Astara, Lənkəran, Masallı rayonlarında da bu cür tədbir keçirilib. 

Əmirhüseynova onu da vurğulayıb ki, üç ay müddətində icra olunan layihə çərçivəsində insan alveri əleyhinə maarifləndirici buklet hazırlanaraq benefisarlara paylanıb.

İnternet saytlarında "İnsan alverinə yox”, "Erkən nikahlara yox”, "Dini nikah ailə qurmaq üçün əsas deyil”, "Heç bir qadın cinsi istismara və fahişəliyə cəlb edilə bilməz” kimi maarifləndirici məlumatlar yerləşdirilib. Eyni zamanda İnsan alveri sahəsində hüquqi yardım xidmətinin təmin edilməsi və genişləndirilməsi işi həyata keçirilib. 

Layihənin icrası zamanı Bakıda və regionlarda benefisarlara pulsuz hüquqi məsləhət xidməti göstərib, onların inzibati və məhkəmə orqanlarında təmsilçiliyi həyata keçirilib.


Bakı şəhəri və regionlarda insan alveri ilə mübarizəyə dair qanunvericilik barəsində 8 seminar və ictimai müzakirə təşkil edilib. Regionlarda hüquqi xidmət göstərən hüquqşünas və QHT könüllülərinə insan alverilə mübarizəyə dair qanunvericiliklə bağlı biliklərinin, insan alveri qurbanlarının hüquqlarının müdafiəsi üzrə bacarıqlarının artırılması üçün xüsusi treninqlər təşkil edilib.

Sonuncu tədbirlərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru İbrahim Əhmədov, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov, Astara Pedaqoji kollecinin direktoru Ağababa İbrahimov, İnsan alverinə qarşı QHT Koalisiyasının və "XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, İnsan alverinə qarşı QHT Koalisiyasının cənub bölgəsi üzrə koordinatoru, "Hüquqi Yardım” ictimai birliyinin sədri İlqar Qasımov, təhsil üzrə ekspert Nuranə Şıxəliyeva çıxış ediblər. 

93
Teqlər:
XXI əsrin qadınları, Daxili İşlər Nazirliyi, İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, Mahirə Əmirhüseynova
Əlaqədar
Bu bölgədə insan alveri ilə mübarizə müzakirə edilib
Şəhidin dəfni

Qırx gün itkin sayılan şəhid dəfn olundu

10
(Yenilənib 11:36 03.12.2020)
Dünən Şabran rayonunun Rəhimli kəndinə İkinci Qarabağ müharibəsində həyatını itirmiş 3-cü şəhid gəlib.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Dünən Şabran rayonunun Rəhimli kəndinə Vətən müharibəsində həlak olmuş 3-cü şəhid gəlib. 2001-ci il təvəllüdlü Həmzəyev Musa Xalid oğlu Vətən müharibəsində 40 gün idi ki, itkin sayılırdı. Lakin dünən onun şəhid olduğu məlum olub.

  • Həmzəyev Musa
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Həmzəyev Musa

Şəhid doğulduğu Şabran rayonunun Rəhimli kəndində torpağa tapşırılıb.

Şəhid Musa Həmzəyev Axıska türküdür.

Allah rəhmət eləsin!

10
Teqlər:
itkin, şəhid, Şabran rayonu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Evi tərk edən COVID-19 xəstələrindən ikisi həyatını itirib

5
Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib.

 

BAKI, 3 dekabr — Sputnik. Dekabrın 2-də ölkə üzrə yaşayış yerini tərk edən 27 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

"Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir", - məlumatda bildirilib.

5
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

2
(Yenilənib 12:25 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

2