Su kranı

Uşaqların kütləvi zəhərlənməsinin səbəbi rəsmən açıqlandı

1545
(Yenilənib 11:29 12.06.2017)
"Suda infeksiya olduğu təsdiq olunmayıb. Demək ki, bu problem su ilə bağlı deyil".

BAKI, 12 iyun — Sputnik. "Uşaqların zəhərlənməsi mövsümi xarakter daşıyan virus infeksiyasındandır". Bunu Teleqraf.com-a açıqlamasında Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev deyib.

Onun sözlərinə görə, hadisənin səbəbi mövsümi xarakter daşıyan, qripə oxşar bir virus infeksiyasındandır: "Tut, gilas yeyən uşaqlarda bu, daha tez təzahür edir. Onlar mövsümi meyvələri yeyir, üstündən də soyuq su içir. Nəticədə gün vurur, qusma olur. Mövsümi xarakter daşıyan, qripə oxşar bir virus infeksiyası var. Bu infeksiya bu dövrdə fəallaşır. Bu indi yox, hər il olan bir şeydir. İsti olanda fəallaşır. Sonra ötüb keçir. Hadisəni şişirtmək lazım deyil".

Nəriman Baxşəliyev bildirib ki, hazırda Sumqayıt Şəhər Uşaq Xəstəxanasında 50 uşaq müalicə alır: "Onların vəziyyəti orta ağır və yüngül formadadır. Ağır formalı uşaq yoxdur. Şükürlər olsun ki, ölüm hadisəsi baş verməyib. Vəziyyət stabildir. Bütün dərman preparatları ilə təmin olunub. Xəstəxanada qalan uşaqlar ən çox 3-4 gün qalıb. İyunun 7-dən bu günə qədər xəstəxanaya ümumilikdə 186 nəfər müraciət edib".

Şöbə müdiri qeyd edib ki, zəhərlənmənin su ilə əlaqəsi yoxdur: "İnformasiyanın kütləvi zəhərlənmə kimi verilməsi düzgün deyil. Kütləvi zəhərlənmə faktı yoxdur. Su mənbələrindən 2 sutkadan bir analiz götürülür, yoxlanılır. Suda infeksiya olduğu təsdiq olunmayıb. Demək ki, bu problem su ilə bağlı deyil".

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev isə bildirdi ki, sudan götürülən nümunənin nəticələri bu gün axşam açıqlanacaq. Qeyd edək ki, iyunun 10-da H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 186-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. İlkin ehtimal kimi onların sudan zəhərləndiyi bildirilib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti rəsmi açıqlama yayaraq, uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bildirib.

1545
Teqlər:
virus infeksiyası, qrip, zəhərlənmə, xəstəxana, uşaq
Əlaqədar
Sumqayıtda uşaqlar kütləvi şəkildə zəhərlənib
Hansı su daha yaxşı təmizləyir: isti, yoxsa soyuq?
Əhalinin içməli su problemi birdəfəlik həll olunur
Səhrada susuzluqdan öldülər
Bakıda tibbi maska taxmış şəxs, arxiv şək

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

4
(Yenilənib 12:09 30.10.2020)
Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz təşkil edib.

BAKI, 30 oktyabr — Sputnik. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın "koronavirus.info" saytına istinadən məlumatına görə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

4

Uşaq bağçalarında tədris bərpa edilmir

16
"Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur"

BAKI, 30 oktyabr — Sputnik. Məktəbəqədər təhsil müəssisələri və uşaq bağçalarının fəaliyyəti ənənəvi formada bərpa edilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, azyaşlı uşaqlara xüsusi qayğının onlayn göstərilməsi məqbul hesab edilmir: "Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur".

E.Əmrullayev şagird yerdəyişməsindəki fasiləyə də aydınlıq gətirib. O bildirib ki, bu, növbəti həftədən aradan qaldırılacaq: "Əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik qeydə alınsa da, növbəti həftələrdən sistemin işə salınması mümkün olacaq".

16
(0:50 / 4.16Mb / просмотров видео: 4)

Erməni terrorunun qurbanına çevrilmiş 53 yaşlı Goranboy sakininin evi necə görünür video

0
Dünən Goranboyun Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə düşən mərmi 53 yaşlı qadının həyatına son qoyub. Onun evinin bu faciədən sonra necə göründüyünü videomuzda izləyin.

Yaşadığı evinin həyətində öz gündəlik işləri ilə məşğul olan kənd sakini 53 yaşlı Flora Ziyadova qəlpə yarasından elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisə zamanı qadın evində tək olub. Onun evi də tamamilə yararsız hala düşüb.

Hazırda prokurorluq əməkdaşları mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirlərini həyata keçirir. Ermənistan SQ atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqda və dinc mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir.

Dağlıq Qarabağdakı növbəti, sayca üçüncü atəşkəs rejimi barədə razılaşma oktyabrın 26-da yerli vaxtla səhər saat 08: 00-da qüvvəyə minib. Lakin Ermənistan silahlı qüvvələri razılaşma əldə olunandan dərhal sonra Tərtər və Ağdamın cəbhəyanı kəndlərini, oktyabrın 27-də isə Bərdə rayonunu atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələri, sentyabrın 27-də, səhər saat 06:00 radələrində geniş miqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutublar.

Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətininin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu qoşunların əks-hücum əməliyyatına başlamağa qərar verib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə