Автобус ООО BakuBus, фото из архива

Daha bir marşrut xəttində dəyişiklik edilib

124
(Yenilənib 00:33 10.06.2017)
Bakı Nəqliyyat Agentliyi apardığı monitorinq və təhlillər nəticəsində 18 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edib

BAKI, 9 iyun — Sputnik. 18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Formula 1" Azərbaycan Qran-Prisi yarışlarından sonra 18 nömrəli marşrut xəttinin hazırda son dayanacağı olan Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması təmin ediləcək və marşrutda xidmət göstərən avtobusların sayının sərnişin axınına uyğun olaraq 23-dən 33-ə qədər artırılacaq.

Qeyd edək ki, 11.02.2017-ci il tarixində 7 nömrəli müntəzəm sərnişindaşıma marşrut xəttinin dayandırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə, o cümlədən "141" Çağrı Mərkəzinə 18 nömrəli marşrut xəttinin Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması ilə bağlı çoxsaylı müraciətlər daxil olub. Bakı Nəqliyyat Agentliyi bununla bağlı apardığı manitorinq və təhlillər nəticəsində 18 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilməsi və əvvəllər fəaliyyət göstərmiş 7 nömrəli maşrutun hərəkət sxeminə uyğunlaşdırılması məqsədəuyğun hesab edilib.

124
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

3
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

3