Dövlət İmtahan Mərkəzi

Aztəminatlı təbəqənin dövlət qulluğuna yolu asan olmayacaq

6372
(Yenilənib 16:20 09.06.2017)
Ekspert: "Yüksək imtahan qiymətləri imkansız, lakin savadlı-perspektivli şəxslərin kənarda qalması ilə nəticələnəcək"

BAKI, 9 iyun — Sputnik. Azərbaycan Respublikası Tarif (qiymət) Şurası 2017-ci il 23 may tarixində keçirilən növbəti iclası zamanı, Dövlət İmtahan Mərkəzinin müraciətini nəzərə alaraq, dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərini təsdiq edib. Tarif (qiymət) Şurasının qərarına əsasən, dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri aşağıdakı cədvələ uyğun müəyyən edilib:

AA vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 110 manat, AB vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 100 manat, AC vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 90 manat, BA vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 80 manat, BB vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 70 manat, CA vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 10 manat, DA vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 10 manat.

Bəs heç birdə işləməyən, imtahanı işə qəbul olmaq üçün verən şəxslər üçün yüksək məbləğin tətbiq edilməsi nə dərəcədə düzgündür? Vətəndaşlar arasında bu imtahanlara marağı necə dəyişəcək və hansı nəticələrə səbəb olacaq?

Sputnik Azərbaycan-a açıqlama verən dövlət qulluğuna hazırlıq üzrə ekspert İlyas Hüseynov bildirib ki, Tarif Şurasının elan etdiyi qiymətlər çox bahadır: "Bundan əvvəl elan olunan bakalavr və magistr səviyyəsində verilən imtahan qiymətlərinin baha olması, dövlət qulluğunda keçiriləcək imtahan qiymətlərinin də baha olacağından xəbər verirdi".

"Hal-hazırda Azərbaycanda yaşayış minimumunu, əhalinin ortaq əmək haqqının aşağı olmasını nəzərə alsaq, imtahanların bu qədər baha olması düzgün deyil. Nəzərə alaq ki, imtahan verən şəxslər hələ imtahanlara qədər hazırlıq mərkəzlərində hazırlaşır və ona da pul ayırmalı olurlar. Daha bir məsələ ondadır ki, insanlar birinci turda pul ödədikdən sonra ikinci mərhələyə keçib-keçməyəcəklərini bilmirlər" — mütəxəssis bildirib.

Onun fikrincə, məhz bu faktlar insanların dövlət imtahanlarına marağını azaldacaq və bu da özlüyündə dövlət yerlərində kadr çatışmazlığına və peşəkarların azalmasına səbəb olacaq: "Bir növ bunun nəticəsində dövlət orqanlarında ciddi peşəkar kadr çatışmazlığı yaranacaq. Uduzan isə dövlət orqanları olacaq".

Hüquqşünas Elyar Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında, sözügedən qiymətlərdən narazı olduğunu qeyd edib: "Bir hüquqşünas olaraq deyə bilərəm ki, tamamilə ədalətsiz qərardır. Çünki əhalinin minimum əmək haqqı 116 manatdırsa, onda necə ola bilər ki, imtahana 110 manat ödənilsin? Parta arxasından duran və qazancı olmayan insan bu pulu haradan versin?"

"Eyni zamanda, qanunvericilikdə deyilir ki, hər bir vətəndaşın dövlət qulluğuna iddia etmək hüququ var. Amma bu tariflər bəzi vətəndaşların yolunu bağlamaq deməkdir. Bir hüquqşünas kimi subyektiv fikrim budur ki, bu ədalətli deyil" — E. Həsənov bildirib.

Hüquqşünas hesab edir ki bu qiymətlər imtahan verənlərin sayını azaldacaq: "Eyni zamanda, savadlı kadrların karyera qurmasına da əngəl ola bilər. Belə ki, pulu olmayan kadrlar imtahan verməkdən imtina edəcək".

Təhsil eksperti Kamran Əsədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 2005-ci ildən etibarən Azərbaycanda dövlət qulluğuna iddialı şəxslər müəyyən baryerlər aşmaqla müvafiq vəzifələrdə çalışa bilərlər: "Lakin illər üzrə həyata keçirilmiş imtahanların nəticələri göstərir ki, dövlət qulluğuna qəbul üçün qanunvericiliyin tələblərindən irəli gələn ikimərhələli baryer sistemi iddialı şəxslərin dövlət orqanlarına işə qəbulunda müəyyən problemlər yaradır. Belə ki, "Dövlət qulluğu haqqında" Qanuna görə, dövlət qulluğuna qəbulun birinci mərhələsi test üsulu ilə həyata keçirilir".

"İkinci tur isə əvvəllər Dövlət Qulluğu Komissiyası tərəfindən, indi isə Dövlət İmtahan Mərkəzi tərəfindən vətəndaşın işə düzəlmək istədiyi müvafiq qurumun mütəxəssisi və müstəqil ekspertin iştirakı ilə video çəkilişlə keçirilən sual-cavab mərhələsidir. Bu hüquqi mexanizmlərdən yararlanmayan vətəndaşların sayı isə az deyil. Bir neçə dövlət qulluğuna yiyələnmək istəyib arzusuna çata bilməyən şəxs mənə müraciət edib ki, müsahibə mərhələsində lazımi bal vermək üçün, "yuxarıların" tapşırığı olmalıdır" — K. Əsədov əlavə edib.

Onun fikrincə, həqiqətən də imtahan verən və sonda uğurla işə qəbul olunanlar arasındakı ciddi say fərqi insanda şübhə yaradır: "Hesab edirəm ki, "Dövlət Qulluğu Haqqında" Qanunda test üsulundan sonrakı mərhələ sovet dönəmindən qalma ənənədir. Amma istər orta ixtisas, istər bakalavr, magistr, istərsə də dövlət qulluğuna qəbul imtahanları üçün müəyyən olunmuş xidmət haqqı qiymətləri hədsiz dərəcədə yüksəkdir və reallığı əks etdirmir".

Ekspert diqqətə çatdırıb ki, bu qiymətə dövlət qulluğuna qəbul imtahanı olmaz: "110 manat verib ikinci mərhələdə kiminsə qurbanına çevrilmək olmaz. 2005-ci ildən 2016-cı ilə qədər bu imtahanlar pulsuz olaraq həyata keçirilib. Məhz bu imtahanın digərlərindən fərqi odur ki, birbaşa dövlətin kadr ehtiyaclarının həllinə yönəlib. Yüksək imtahan qiymətləri imkansız, lakin savadlı-perspektivli şəxslərin kənarda qalması ilə nəticələnəcək".

6372
Teqlər:
dövlət qulluğu, İlyas Hüseynov, Tarif (qiymət) Şurası, hüquqşünas, Elyar Həsənov, Sputnik Azərbaycan, Kamran Əsədov, imtahan, Azərbaycan Respublikası, qrup, qiymət
Əlaqədar
Dövlət qulluqçularına böyük müjdə
Deputat köməkçilərə dövlət qulluqçusu statusu verilməsini təklif edib
Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə
Dövlət qulluğuna girmək istəyənlər üçün müsabiqə elan edilib
 “TOÇKA-U” raketinin buraxılışı, arxiv şəkli

Beynəlxalq təşkilatlar rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırılıb

2
Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması diqqətə çatdırılıb

BAKI, 22 oktyabr - Sputnik. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün bu gün növbəti brifinq verilib.
Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumata görə, brifinqdə qonaqlara Ermənistan Respublikasının münaqişədə birbaşa iştirakı, Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs razılığına əməl etməyərək açıq şəkildə onu pozması haqqında ətraflı məlumat verilib.
Əlavə olaraq, işğaldan azad olunmuş Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının ərazilərində olan inzibati yaşayış mərkəzlərinin, tarixi-memarlıq və dini abidələrinin dağıdılması və talan edilməsi, eləcə də döyüş texnikasının tibbi təyinatlı texnika adı altında döyüşlərdə istifadə edilməsi barədə də məlumat diqqətə çatdırılıb.

2
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, Siyəzən, Kürdəmir, Qəbələ, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”
Qəbələnin atəşə tutulması nəticəsində bir nəfər xəsarət alıb
Prezidentin köməkçisi: "Qəbələyə raketlər Qafan və Cermuk bölgələrindən atılıb"
Hikmət Hacıyev Ermənistanın Qəbələ, Kürdəmir və Siyəzənə raket atəşi barədə
Ermənistan ərazisindən Siyəzən, Qəbələ və Kürdəmir raket atəşinə tutulub

Azərbaycanın İranla sərhədindəki Ağbənddə bayrağımız dalğalanır - VİDEO

59
(Yenilənib 19:30 22.10.2020)
Dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

BAKI, 22 oktyabr - Sputnik. Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabında məlumat verərək, bu münasibətlə Azərbaycan və İran xalqlarını təbrik edib.

Həmçinin dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

​Qeyd edək ki, bu gün müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib.

59
Teqlər:
Prezident İlham Əliyev, Azərbaycan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bayraq, Ağbənd qəsəbəsi, sərhəd, İran, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Dövlət başçısı: "Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü"
Füzuli, Cəbrayıl və Zəngilanın 20 kəndi və 1 qəsəbəsi azad edildi - İlham Əliyev
İlham Əliyev: "Sülhməramlılarla bağlı həlledici sözü biz deməliyik"
İlham Əliyev: "Ermənistanın bu hökuməti ilə sülhlə nizamlanma perspektivi çox uzaqdır"
İlham Əliyev: "Dağlıq Qarabağda heç bir referendum olmayacaq"
Milli Məclis

Milli Məclisin növbəti plenar iclasının vaxtı gündəliyi məlum olub

0
(Yenilənib 19:26 22.10.2020)
"Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentin iclası 27 oktyabrda keçiriləcək. İclasın gündəliyinə 8 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

7. "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

0