CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni maniya: mağazalara kütləvi axın başlayıb

© AFP 2023 / PHILIPPE LOPEZ Спиннер
Спиннер - Sputnik Azərbaycan
Abunə olmaq
Ona Bakıdakı bütün bazar və dükanlarda, ticarət köşklərində rast gəlmək mümkündür

BAKI, 8 iyun — Sputnik. 2017-ci ildə bütün dünyanı yeni maniya bürüyüb — stress əleyhinə oyuncaq spinner. Hazırda bu oyuncaq bütün dünyada, eləcə də Azərbaycanda məşhurdur. Bizdə spinner "stress çarxı" adı ilə məşhurdur.

Meditasiya edən qız - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ruhuna hökm etmək, yoxsa stressdən qaçış?

Müxtəlif yaşlarda olan insanlar mağaza piştaxtalarından demək olar ki, həmin oyuncağı silib-süpürürlər. Onlar stressi atacaqları və bütün problemlərini heç olmasa, bir müddətliyə unudacağı ümidilə bu oyuncağa istənilən qədər vəsait ödəməyə hazırdırlar.

Məlumatı olmayanlara bildirək ki, spinner — ortasında dayağı, kənarlarında isə halqaları olan, plastik və metaldan hazırlanmış balaca oyuncaqdır. İstifadəçi oyuncağın mərkəzindəki dayağı bir əlin barmaqları ilə sıxaraq digər barmaqları ilə onun tərpənməz qalan kənarlarını fırladır.

Bu oyuncağa Bakıdakı bütün bazar və dükanlarda, ticarət köşklərində rast gəlmək mümkündür. Bu səbəbdən də Sputnik Azərbaycan spinnerin insanın stressini nə dərəcədə azaltdığını araşdırmaq qərarına gəlib.

Psixoloji Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılovun sözlərinə görə, spinnerin heç bir ziyanı yoxdur, xeyri də həmçinin. Çünki o, indiyə qədər eşitməyib və görməyib ki, dünyada kimsə bu oyuncağın təsirləri ilə bağlı hansısa tədqiqat aparsın.

İntihar - Sputnik Azərbaycan
HADİSƏ
Depressiyaya düşən kişi anasına şok yaşatdı

"Adətən bir şeyin nə dərəcədə faydalı olduğunu müəyyən etmək üçün eksperiment aparmaq lazım gəlir. Bunun üçün adamlar iki qrupa bölünür, onların stress səviyyəsi ölçülür. Birinə spinnerlə oynamaq üçün vaxt və imkan verilir, digərinə isə verilmir. Və bir müddət keçəndən sonra müəyyənləşir ki, bu insanların stressi artıb, ya azalıb. Əgər azalıbsa, deməli, spinnerin xeyri olub. Lakin hələlik belə bir eksperiment keçirilməyib" — deyə İsmayılov bildirib.

O, qeyd edib ki, əvvəllər də dəfələrlə insanlarda stressi azaltmaq üçün bu qəbildən olan Çin metal diyircəkləri, rezin espanderlər, latundan düzəldilmiş bilərziklər, rubik kubu kimi oyuncaqlar var idi. Azərbaycanda isə daha çox təsbehlər populyar olub. 10-15 il əvvəl demək olar ki, bütün gənclərdə təsbeh var idi.

İsmayılovun fikrincə, bütün bunlar alkoqolizm, siqaret çəkmək, yaxud da kompüter oyunlarından sonra yaranan aqressiya ilə müqayisədə tamamilə ziyansızdır. Bir sözlə, spinner tamamilə ziyansız şeydir.

Psixoloq hesab edir ki, əgər insanlar onu almaq və bütün günü fırlatmaq istəyirlərsə, qoyun fırlatsınlar: "Spinnerin xeyirlərini dəqiq təyin etmək üçün tədqiqat aparmaq lazımdır".

"Bilirsiniz, əgər siz stressdən azad olmaq istəyirsizsə, mən sizə çoxlu şey məsləhət görə bilərəm ki, onlar həqiqətən də kömək edir. Başlanğıc üçün həyata pozitiv münasibət bəsləmək lazımdır. Həyatın hər bir anında sevinmək üçün nəsə tapmaq olar. Misal üçün, günəşli hava, oğul və ya qızın məktəbdə yaxşı qiymətlər alması, doğmalarla, dostlarla əlaqələr" — deyə İsmayılov bildirib.

Bütün bunlarla yanaşı, psixoloq deyir ki, idmanla məşğul olmaq, xaricə səyahət, təbiət qoynunda istirahət, sevimli ev heyvanları ilə oynamaq, yoqa, tənəffüs təlimləri və sair də stressi atmağa kömək edir.

İsmayılovun sözlərinə görə, bütün bunlar real olaraq insanların əksəriyyətinə kömək edir. Yox, əgər sizin stressiniz güclüdürsə və bütün bunlar sizə kömək etmirsə, o zaman psixoloqa və ya psixiatra müraciət etmək məsləhətdir. Bir sözlə, əgər stressimizi azaltmaq istəyiriksə, sadəcə həyatımızda baş verən hər şeyi pozitiv qiymətləndirməliyik.

Xəbər lenti
0