Qarabaldır kəndi

Öz kəndlərinin adını dilə gətirməyə utanırlar düşündüyünüz kimi deyil

8286
(Yenilənib 18:46 08.06.2017)
Qəribə kənd adları: əslində ortada açılmamış böyük bir tarix yatır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Acılıqbinə, Gərəkli, Bayrambinə, Cincartala, Əyritala, İsaqlıgirmə, İtitala, Mazımqarışan, Öküzovtala, Top-Kara-Agach, Xalatala (Balakən), Danaçı, Cicibinə, Cimcimax, Mamqabinə, Gözbarax (Zaqatala), Köndələn, Babaratma, Öryət (Şəki), Malax, Qımır, Tasmalı, Qarabaldır (Qax)…

Bunlar Azərbaycanın şimal-qərb bölgəsində mövcud olan kənd adlarıdır. Qəribə və gülməli səslənsə də, real toponimlərdir. Həmin ərazilərdə yaşayan insanlar doğulduqları kəndin adını ürəklə səsləndirə bilmir, utanırlar.

Əhmədiyyə Əliyev
© Sputnik / Shahperi Abbasova
Əhmədiyyə Əliyev

Əhmədiyyə Əliyev Qax rayonun Qarabaldır kəndinin sakinidir. Deyir ki, həmişə yad bir yerdə kəndin adını çəkəndə, ona gülürlər: "Məcbur olub kəndimizin adının mənasını izah etməli oluram. "Qarabaldır" adındakı "baldır" sözü ilk səsləndiyində insan əzasını xatırlatsa da, onun insanın bədən üzvü ilə heç bir əlaqəsi yoxdur".

"Kəndimizin balı digər kəndlərin balından fərqlənir. Bizim kəndimizin balı qara olub həmişə. Elə buna görə də kəndimizin adı "Qarabaldır", yəni "bal qaradır" olub" – deyir.

Qeyd edək ki, Oğuz rayonunun ərazisində də bu adda kənd var. Lakin, sözügedən kəndin mənası heç də Qaxın həmin kəndi ilə eyni anlama gəlmir. "Bəzi mənbələrdə "Qarabaldır" adındakı "qara" böyük, güclü, qüvvətli deməkdir, "baldır" isə çıxıntı sözündən yaranıb. Odur ki, "qarabaldır" sözü "böyük çıxıntı" mənasını verir. 2000 illik tarixi olan həmin kəndin adının türk kökənli olduğu ehtimal edilir" – deyə Əliyev bildirib.

Təbii ki, adların mənalarının gülməli, qəribə səslənməsində nəsildən-nəslə ötürüldükcə uğradığı deformasiyaların, bəzənsə onlara naşı əlin gəzdirilməsinin az rolu olmayıb. Müəyyən qrup mütəxəssislər hesab edirlər ki, həmin yer adlarını dəyişdirmək lazımdır. Onların fikrincə, ən azı, həmin ərazidə yaşayanlar öz yurdlarının adını utanmadan səsləndirə bilməlidirlər.

Bir qrup isə düşünür ki, kəndlərin adını dəyişmək yox, onların dəqiq mənbəyini axtarıb tapmaq lazımdır. Çünki hər bir toponimdə bəzən bizim bilmədiyimiz böyük bir tarix yatır.

Son illər Milli Məclis tərəfindən bəzi kəndlərin "münasib sayılmayan", "etik cəhətdən məqsədəuyğun hesab edilməyən" adları yeniləri ilə əvəzlənib. Deputatlar hesab edirlər ki, bu, Azərbaycan coğrafiyasının lağ obyektinə çevrilən adlardan təmizlənməsinə, eyni zamanda, bəzi tarixi şəxslərin adlarının əbədiləşdirilməsinə şərait yaradır.

Türk tarixşünasları isə hesab edirlər ki, yer adlarını dəyişməmişdən öncə, toponimşünaslarla məsləhətləşmək lazımdır. Türklər tarix boyu mövcud olduqları coğrafiyanı dəyişdiklərindən, bəzən yeni köçdükləri məkanlara öz tarixi adlarını veriblər.

Zaman-zaman bu adların deyilişi və mənası dəyişib. Amma onlar əski türklərin tarixinin araşdırılması üçün yaxşı örnəklər və ipucları verir. Odur ki, Azərbaycandakı qədim türk məskənlərindəki, bizə ilk baxışdan gülməli və qəribə gələn yer adlarını dəyişməyə tələsməmək, xeyli düşünüb-daşınmaq lazımdır.

8286
Teqlər:
məskən, toponim, Əhmədiyyə Əliyev, insanlar, Qarabaldır, ad, bal, Qax rayonu, kənd, sakin, tarix, Azərbaycan, türk
Əlaqədar
Azərbaycanda qorxulu kənd – yer insanları udur
Azərbaycanda 9 mayı ən qeyri-adi formada qeyd edən kənd
Yanğın kəndliləri qorxuya saldı
Kənd sakinlərinin sıxıntılarının həllinə yönəlik mühüm təklif
Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub
Dünyanın ən soyuq kəndi
Bir kənddə bu qədərmi sərvət toplanarmış...
İnəkboğan kəndində təlaş
Bu kənd hələ də 2500 dollar maaşa çoban axtarır
"Mallarımız Sibirə kimi gedib çatır" — Hamının eyni sənətlə məşğul olduğu kənd
Susayan kobra kəndlilərdən su istədi
Həyətinə mərmi düşmüş sakin: "Heç vaxt kənddən çıxmamışıq, çünki ordumuza güvənirik"
Didərginlərdən təşkil olunan kənd