İçməli su və buz parçaları

Əhalinin içməli su problemi birdəfəlik həll olunur

6740
(Yenilənib 10:11 06.06.2017)
İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

BAKI, 6 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamda deyilir: 

"Son illərdə Azərbaycan Respublikasında iqtisadiyyatın sürətli inkişafı digər sahələr kimi qeyri-neft sektorunda da köklü dəyişikliklərə səbəb olmuşdur. Respublikada pambıqçılıq, taxılçılıq və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalında daha böyük artıma nail olunması məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013–2016-cı illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,3 milyon nəfərə yaxın olan 560 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 957 subartezian quyusu qazılmışdır.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əhalisi 375 min nəfərə yaxın olan 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində (siyahı əlavə edilir) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,5 milyon (on milyon beş yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

6740
Zeytun yağı

Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı

70
70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır

BAKI, 6 avqust — Sputnik. Qızartmalar üçün kərə yağından istifadə etmək təhlükəli ola bilər. Bu barədə Sputnik radiosuna müsahibəsində qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya bildirib.

Onun fikrincə, ən yaxşısı ərzaqları quru tavada, ya da qril şəklində qızartmaqdır. Amma çoxları bunu kərə yağında etməyə üstünlük verirlər. Əgər kərə yağını təzə-təzə yemək təhlükəsizdirsə, ondan məhsulların qızardılması üçün istifadə etməmək daha yaxşıdır.

"Təzə kərə yağı müəyyən miqdarda tamamilə təhlükəsizdir. O, həmçinin xolesterin mübadiləsinə təsir baxımından özünü doğruldur. Qızardılmış məhsullara gəldikdə, burada kərə yağını istifadə etməmək daha yaxşıdır. 70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır", – deyə İrina Berejnaya xəbərdarlıq edib.

Dietoloq deyib ki, yeməkləri hazırlamaq üçün quyruq yağından istifadə edə bilərsiniz, amma bu da ən yaxşı seçim deyil.

"Quyruq yağı öz strukturuna görə çox maraqlı məhsuldur. Həmçinin xolesterin mübadiləsinə mənfi təsir göstərmir. Bundan yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin uzun müddət istifadə edildikdə və yüksək temperaturda çox yüksək kalorili olacaq. Buna görə də eyni sərbəst radikalların meydana gəlməsi mümkündür. Ola bilsin, sərbəst radikallar kərə yağına nisbətdə daha az əmələ gələcək. Məhsulları zeytun yağında qızartmaq daha yaxşıdır, çünki bu, yüksək temperaturda sərbəst radikalların meydana gəlməsini təmin etməyən yeganə yağdır", – deyə dietoloq əlavə edib.

Xatırladaq ki, bu günlərdə həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlülüyünün sirrinin manqalda bişmiş ətdə olduğunu demişdi. "Ətin qrildə və ya manqalda bişirilməsi ən dietik üsuldur. Digər üsullardan fərqli olaraq açıq manqalda bişirmə artıq yağları aradan götürür. Yağ bişdikdə əriyib axır. Tavada bişirilən zaman isə əksinə yağ yığılır və ətə hopur", - deyə Bobrovski bildirmişdi.

 

70
Əlaqədar
Yumurta yeyin, arıqlayın...
Adi göbələkdir, amma qanda şəkəri azaldar, mədə florasını bərpa edər
Gül plantasiyalarından kiçik şüşəyə: Qızılgüldən yağ necə alınır
Qafqaz uzunömürlülüyünün sirri - Hər şey kababla bağlı imiş
Buna da növbə çatdı - Şokolad ziyanlı imiş
Tibb işçidi dərman göstərir, arxiv şəkli

Vəssalam! Koronavirusun dərmanına patent aldılar

212
(Yenilənib 23:40 06.08.2020)
Dünyanın bir çox ölkəsində koronavirusun müalicəsində bir sıra dərmanlar sınaqdan keçirilsə də, əksər əczaçılıq şirkətləri və elmi-tibbi qurumlar diqqətlərini vaksinin hazırlanmasına yönəldiblər

BAKI, 6 avqust — Sputnik. Rusiya Federal Tibbi-Bioloji Agentliyi (FTBA) koronavirusu dəf etməyə və ya fəsadlarını aradan qaldırmağa kömək edən dərmana patent alıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, dərmanın adı “Leytragin”dir (Лейтрагин).

"Rusiya FTBA COVID-19-a qarşı preparatı patentləşdirdi. Bu praktik tibbə daxil olan, delta-opioid reseptorlarının dünyada ilk və hələlik yeganə aqonistidir", - agentliyin məlumatında deyilir. 

FTBA-nın biotibbi texnologiyalar elmi mərkəzinin alimləri müəyyən ediblər ki, ilkin adı "dalargin" olan dərman toxumaların sağalması və regenerasiyası proseslərində aktiv iştirak edir. Bundan başqa, bu sinfə daxil olan maddə immun cavabının təşkilində də aktiv rol oynayaraq koronavirus infeksiyası olan xəstədə ağır respirator və ümumi sistem pozulmalarına gətirib çıxaran "sitokin hücumunun" - iltihab yaradan maddələrin təsiri azalda, yaxud da onu dəf edə bilir. 

Qeyd edək ki, dünyanın bir çox ölkəsində koronavirusun müalicəsində bir sıra dərmanlar sınaqdan keçirilsə də, əksər əczaçılıq şirkətləri və elmi-tibbi qurumlar diqqətlərini vaksinin hazırlanmasına yönəldiblər. Məsələn, avqustun 2-də Rusiyanın “Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırdığını bəyan edib. Mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib ki, ilin sonuna, gələn ilin əvvəlinə, ən azı, risk qrupundan olunanların vaksinasiya olunmasından, sonra isə kütləvi peyvənddən danışmaq olar.
Avqustun 1-də Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, rusiyalılar üçün koronavirus əleyhinə vaksin pulsuz olacaq.

212
Teqlər:
Rusiya, dərman, dünya, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Cihazlar, geyim, dərman, qida... - Hər şey onların təminatından başlayır
Dövlət hesabına dərman alan xəstələr saatlarla xəstəxana qarşısında gözləyirlər - Deputat
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Koronavirusu spreylə dayandıracaqlar
Koronavirusla mübarizədə yeni preparat tapıldı – 90 faiz effektivlik göstərib
Ev şəraitində müalicə alanlar, tövsiyəyə əməl edin