CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bu küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı. Arxiv şəkli
Bakıda avtomobil tıxacı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti bir gün ərzində tam məhdudlaşdırılacaq

BAKI, 2 iyun — Sputnik. Azərbaycanda "Formula-1" yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan "Qran Prisi" ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqasından verilən məlumata görə, Xaqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbər lenti
0