Mehriban Əliyeva

Mehriban Əliyeva: "Qəzalı binalarda yaşayanlar tezliklə yeni mənzillərə köçürülməlidir"

2862
(Yenilənib 22:52 30.05.2017)
Mehriban Əliyeva Qaradağda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib

BAKI, 30 may — Sputnik. Bu gün Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaşayış kompleksinin baş planı, burada inşa olunacaq məktəb və uşaq bağçasının planı ilə tanış olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya məlumat verib ki, yaşayış kompleksinin tikinti layihəsi üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasının inşası nəzərdə tutulub. Yaşayış binalarında ümumilikdə 1026 mənzil olacaq. Binalardakı mənzillərin ümumu sahəsi 73 min kvadratmetrdir. Mənzillər 1, 2, 3 və 4 otaqdan ibarət olacaq. Bütün mənzillər təmir edilərək və mətbəx mebeli ilə təchiz olunaraq istifadəyə veriləcək. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Yaşayış kompleksinə, həmçinin 624 şagird yerlik üçmərtəbəli məktəb binası və 220 yerlik uşaq bağçası, tibb məntəqəsi daxildir.

Ərazidə istirahət parkı salınacaq, uşaq meydançaları yaradılacaq. Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.

Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında vurğuladı ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Birinci vitse-prezident bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.

Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlini qoyub. Yaşayış kompleksinin 2018-ci ilin aprel ayında təhvil verilməsi nəzərdə tutulub. Kompleksin yerləşdiyi əraziyə yeni yol da salınacaq. Azərbaycanın Birinci vitse-prezidenti məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxış edib.

Artıq 20 ildən çoxdur ki, 1 milyon artıq azərbaycanlının Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkdiyini deyən xanım Mehriban Əliyeva soydaşlarımızın üzləşdiyi problemlərin Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu, müstəqilliyimizin ilk illərindən bu istiqamətdə həyata keçirilən tədbirlərin dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2004-cü ildə Dövlət Proqramının qəbul edildiyini, 2007-ci və 2011-ci illərdə bu Proqrama əlavələrin təsdiqləndiyini, ümumiyyətlə bu istiqamətdə həyata keçirilən tədbirlərin icrasına 6 milyard manatdan çox vəsait ayrıldığını diqqətə çatdırıb. Xatırlatdıb ki, çadır şəhərciyi şəraitində yaşayan insanlar, qaçqın və məcburi köçkün ailələri onlar üçün inşa olunan 100-dək müasir yaşayış qəsəbəsinə köçürülüblər. Ümumilikdə bu, 50 min ailənin, 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması deməkdir. “Son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunub. Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınır. Ali və orta ixtisas təhsil ocaqlarında ödənişli formada təhsil alan qaçqınlar və məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad olunublar”,- deyən Azərbaycanın birinci vitse-prezidenti vurğulayıb ki, həm çadır şəhərciklərinin ləğvində, həm humanitar faciənin qarşısının alınmasında Azərbaycan dövlətinin təcrübəsi, nadir bir təcrübədir və beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Görülən bütün tədbirlərə baxmayaraq, bu sahədə öz həllini tapmayan problemlərin mövcud olduğunu təəssüflə qeyd edən Mehriban Əliyeva bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Mart ayında bu problemə həsr olunan müşavirədə birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planının hazırlanması tapşırığının verildiyini xatırladan Birinci vitse-prezident hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 binanın, Sabunçu rayonunun Ramanı qəsəbəsində 1 binanın, Sumqayıt şəhərində 5 binanın inşa edildiyini, digər 5 binanın inşası üçün isə yerin ayrıldığını söyləyib.

“Bu gün təməli qoyulan müasir yaşayış kompleksi ölkəmizin özəl sektorunun həmin bu nəcib işə töhfəsidir. Hesab edirəm çox gözəl bir haldır ki, dövlətlə yanaşı, iş adamları, sahibkarlar da bu məsələyə dəstəyini verməyə hazırdırlar”,- deyən Mehriban Əliyeva bu təşəbbüsü yüksək qiymətləndirib, Azərbaycanda fəaliyyət göstərən digər şirkətləri, sahibkarları da təşəbbüsü dəstəkləməyə dəvət edib.

Birinci vitse-prezident bildirib ki, bu, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın həmrəyliyinin, dövlətin gücünün və inkişafının təzahürüdür. Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına və soydaşlarımızın doğma torpaqlarına qayıdacağına əminliyini ifadə edərək, işğaldan azad olan torpaqlarda Azərbaycan dövlətinin bütün lazımi infrastrukturu quracağını, şəhərlərimizi bərpa edəcəyini bildirib. Birinci vitse-prezident Mehriban Əliyeva mübarək Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb. Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb.

2862
Teqlər:
qəzalı bina, Birinci vitse-prezident, məcburi köçkün, Mehriban Əliyeva, Əli Həsənov, Azərbaycan
Əlaqədar
Məcburi köçkünlərə ödəniləcək müavinətin məbləği dəyişdi - Prezident fərmanı
Məcburi köçkünlərin problemləri ilə bağlı göstəriş verildi
Bu kateqoriyadan olan məcburi köçkünlər aylıq müavinət ala bilməyəcəklər
Məcburi köçkünlər üçün güzəştlər ləğv olundu
Bu xəbər məcburi köçkünləri məyus edəcək
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

119
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

119
 Əldə manat, arxiv şəkli

Onları 1000 manatadək cərimə edəcəklər

5
(Yenilənib 21:30 11.07.2020)
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna edilən dəyişikliklər ciddi cərimələri nəzərdə tutur

BAKI, 11 iyul — Sputnik. Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

- əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

- əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

- işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

5
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0