Şabran rayonunun Qazbabalı kəndində torpaq sürüşməsi aktivləşib

Azərbaycanda qorxulu kənd yer insanları udur

4103
Sürüşmə nəticəsində bir ev üç metr yerini dəyişib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. Son günlərdə Şabran rayonunun Qazbabalı kəndində torpaq sürüşməsi aktivləşib. Yararsız vəziyyətdə olan 5 evdən 3-ü tamamilə çöküb.

Yararsız vəziyyətdə olan 5 evdən 3-ü tamamilə çöküb
© Sputnik / Leyla Abdullayeva
Yararsız vəziyyətdə olan 5 evdən 3-ü tamamilə çöküb

Kənd sakini, zərərçəkmiş Əliyev Faiq Abdulla oğlu Sputnik Azərbaycan-ın bölgə müxbirinə vəziyyəti belə şərh edib: "Gün ərzində ən azı torpağın yarım santimetr aralanmasının şahidi oluruq. Buna sübut olaraq, mənim evim fevral ayından bu günə qədər 3 metr firlanaraq aşağıya doğru sürüşüb".

"Artıq bu kənddə yaşayış çox təhlükəlidir və biz hər an ölümlə üz-üzəyik. Hər gün uşaqlar həyətdə oyun oynadığı zaman quyulara yıxılaraq zədə alırlar. Səbəbi isə torpağın üstünü ot örtdüyü üçün, onların torpaqda olan yarğanları görməmələridir" – F. Əliyev bildirib.

Kənd sakini həmçinin deyib ki, artıq bu hadisədən sonra uşaqların da məktəbə getməsində problemlər yaranıb: "Biz uşaqları məktəbə yola salmağa qorxuruq, çünki onlar başqa kəndə məktəbə gedirlər və onların getdiyi yol da sürüşmənin çox olduğu ərazidir. Düzdür, yaşamaq üçün rayon icra nümayəndəliyindən çadırla təmin olunmuşuq, amma 4 uşaq olmaqla, 8 nəfərlik ailənin o çadırda yaşaması çox çətindir".

Kənd sakinləri gün ərzində ən azı torpağın yarım santimetr aralandığını deyirlər
© Sputnik / Leyla Abdullayeva
Kənd sakinləri gün ərzində ən azı torpağın yarım santimetr aralandığını deyirlər

Qeyd edək ki, Şabran rayonunun Qazbabalı kəndində cari il fevral ayının 23-dən 24-ə keçən gecə torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi nəticəsində 5 ev yararsız vəziyyətə düşüb.

Əmirxanlı kənd inzibati ərazi dairəsinin nümayəndəsinin sədri Cəsarət Xəlilovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, evləri qəzalı vəziyyətdə olan sakinlərə icra hakimiyyəti tərəfindən çadırlar verilib: "Hal-hazırda dəymiş ziyan hesablanır və qalan proseslər haqqında yaxın zamanda açıqlama veriləcək".

Torpaq sürüşməsi
© Karikatura
Torpaq sürüşməsi

4103
Teqlər:
Əliyev Faiq Abdulla oğlu, kənd sakini, zərərçəkmiş, yararsız vəziyyət, Qazbabalı kəndi, Şabran rayonu, Sputnik Azərbaycan, çadır, torpaq sürüşməsi, ev, uşaq
Əlaqədar
Bu bölgədə sürüşmə davam edir: insanlar evlərini tərk edirlər
Torpaq sürüşdü, uşaqlar altında qaldı
Bakı-Şamaxı yolunda yeni sürüşmə zonası əmələ gəlib
Bu kənd yenidən sürüşdü
Azərbaycandakı sürüşmə zonaları yenidən fəallaşıb
Yağışlar nəticəsində Azərbaycan sürüşməyə başlayıb
Azərbaycan sürüşür
 Prezident İlham Əliyev, arxiv şəkli

Prezident: Biz informasiya məkanında qələbə qazandıq

1
İlham Əliyev: "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

BAKI, 25 noyabr — Sputnik. "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu", - deyə Prezident bildirib.

O qeyd edib ki, ilk günlərdən Qarabağ probleminin hərbi və siyasi yollarla həll edilməli olduğunu deyib:

"Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram".

"Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev əlavə edib.

1
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

3
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

3
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA