CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda ağır qəza: 7 nəfər ölümdən döndü

CC0 / siala / crushLənkəranda qəza
Lənkəranda qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı xəsarət almış qadınlardan biri hamilədir

BAKI, 28 may — Sputnik. Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə Lənkəranın Liman şəhərində qeydə alınıb.

"42-ZA-220" dövlət seriya nişanlı, "VAZ-2106" markalı avtomobil "99-DK-328" dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2106"da olan üç azyaşlı uşaq, iki qadın və sürücü ağır xəsarət alıb.

Hadisə zamanı xəsarət almış qadınlardan biri hamilədir.
Hadisə zamanı həmçinin "Opel" markalı avtomobilin sürücüsü də yaralanıb.

Yaralılar yerli sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib.

Bu arada Lənkəranda ağır yol qəzası nəticəsində yaralananların şəxsiyyəti məlum olub.

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü Liman şəhər sakini Əsgərov Mürsəl Nail oğlu, avtomobildə olan sərnişinlər — onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Liman şəhər sakini Əsgərova Günel Musa qızı, onların yaş yarımlıq qızları Əsgərzadə Zəhra Mürsəl qızı, sürücünün qaynı uşaqları — 9 yaşlı Boladi kənd sakinləri — Qasımov Əlişan Sənan oğlu və 6-7 yaşlı Qasımova Aylin Məmməd qızı, həmçinin sürücünün baldızı, hamilə vəziyyətində olan 1979-cu il təvəllüdlü Boladi kənd sakini Haşimova Günay Hidayət qızı xəsarət alıb.

Qəza zamanı yaralananlardan digəri isə "Opel" markalı maşının sürücüsü Astara sakini Hüseynov Xudaverdi Səxavət oğludur.

Xəbər lenti
0