Baş Prokurorluq

Partiya sədrinin qardaşına xəbərdarlıq edildi

37
(Yenilənib 17:44 23.05.2017)
"Bastainfo.com" internet portalının baş redaktoru Baş Prokurorluğa dəvət edilərək "KİV haqqında" qanunun 10-cu maddəsinə əsasən, qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmədiyi onun diqqətinə çatdırılıb

BAKI, 23 may — Sputnik. Azərbaycanda daha bir internet portalının rəhbərinə xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, "Bastainfo.com" internet portalında dərc edilmiş məqalədə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələbləri kobud surətdə pozulmaqla, Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

Qeyd edilənlərlə əlaqədar internet portalının baş redaktoru Mustafa Hacılı Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə müvafiq olaraq, "Kütləvi informasiya vasitələri haqqında" qanunun 10-cu maddəsinə əsasən, qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmədiyi onun diqqətinə çatdırılmaqla, gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

37
Teqlər:
cinayət-prosessual qanunvericiliyi, "Bastainfo.com" internet portalı, Baş Prokurorluğun mətbuat xidməti, Mustafa Hacılı
Əlaqədar
Prokurorluq uşağın ölümü ilə bağlı açıqlama verdi
Prokuror və sürücüsü yol qəzasında öldü
Baş Prokurorluq aydınlıq gətirdi
Baş Prokurorluq: Peterburq metrosunda baş verənlər terror aktıdır
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi

4
(Yenilənib 23:09 24.05.2020)
Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar

BAKI, 24 may — Sputnik. Xarici İşlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbəti baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik edərək ən xoş arzularını dilə gətiriblər

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

4
Əlaqədar
Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi
Türkiyəli aktyor azərbaycanlı tələbələrə yardım etdi
Türkiyə islam ölkələrini toplayır - Fələstin üçün
Dollar, arxiv şəkli

Naominin pulunu saya bildilər

6
(Yenilənib 22:16 24.05.2020)
Osaka US Open-2018-in finalında məhz Serena Uilyamsı məğlub etməsi ilə hamının diqqətini üzərinə cəlb edə bilmişdi

BAKI, 24 may — Sputnik. Yaponiyalı tennisçi Naomi Osaka ötən il ərzində 37.4 milyon dollar qazanaraq dünyanın ən çox məvacib alan qadın idmançısı oldu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Forbes yazıb.

​N.Osaka amerikalı tennisçi Serena Uilyamsı 1.4 milyon dollar “üstələyib”. Serena ən yüksək məvacibi olan idmançı qadınların siyahısına dörd il dalbadal başçılıq edib.

​2015-ci ildə qadın atletlər arasında ən çox qazanan rusiyalı tennisçi Mariya Şarapova olmuşdu (29.7 milyon dollar).

Osaka US Open-2018-in finalında məhz Serena Uilyamsı məğlub etməsi ilə hamının diqqətini üzərinə cəlb edə bilmişdi.

 

6
Əlaqədar
Milli Olimpiya Komitəsi "Olimpiya Günü"nü eyvanda qeyd edib
Tennisin əfsanəsi karyerasını başa vurdu – Şarapova getdi
Üçüncü türk: Onu "Barselona" ilə bağlayırlar
Şəhər küçələrinin idmanı: Bakının mərkəzində parkur
Avstriya Prezidenti Aleksandr Van der Bellen, arxiv şəkli

Polis prezidenti... bağlı restoranda tapdı

0
(Yenilənib 23:36 24.05.2020)
Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir

BAKI, 24 may — Sputnik. Vyana polisi Avstriya Prezidenti Aleksandr Van der Belleni və xanımını gecə vaxtı bir italyan restoranında “yaxalayıb”. Ölkədə mövcud olan karantin qaydalarına görə, 23:00-dan sonra ictimai iaşə müəssisələri bağlı olmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

“Lokdaundan sonra ilk dəfə xanımım və iki dostumla birlikdə şam etməyə getdik. Biz söhbətləşirdik, təəssüf ki, saata baxmağı unutduq. Çox təəssüf edirəm. Bu, səhv idi. Əgər restoran sahibinin hansısa itkiləri olacaqsa, buna özüm cavabdeh olacam”, - deyə Prezident Twitter-də yazıb, üstəlik qəzetin məqaləsini də paylaşımına əlavə edib.

Polis “Sole” adlı italyan restoranına 00:20-də gəlib və eyvanda əyləşmiş qonaqların içki içdiklərini görüb. Əslində isə bura saat yarım əvvəl bağlanmalı imiş. Qəzet yazır ki, tanınma zamanı qonaqlar özlərini mehriban aparıblar.

​“Federal Prezident bir çox artistlər kimi tez-tez qonağım olur. Şama bu dəfə balıq sifariş etmişdi. Mən hər şeyi doğru elədim, qanunun tələbi ilə: saat 23:00-da biz sonuncu içkiləri gətirib kafeni bağladıq. Sonra Prezident hələ bir müddət də - əvvəl mən də orada idim – xanımı ilə bayırdakı örtülü eyvanda söhbət elədi”, - deyə restoranın direktoru Aki Nuredini “Kronen Zeitung”a bildirib.

Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir. Ancaq eyni zamanda, nəzəri olaraq restoran qonaqlara masa arxasında əyləşməyə icazə verə bilər. İndi Vyananın magistratı restoran sahibini 30 min avro cərimələmək, ya da günahını bağışlamaq haqda qərar verməlidir. Prezident və xanımına görə idə hadisəyə görə heç bir cərimə nəzərdə tutulmur.

Avstriyada martın 16-da bağlanan kafe və restoranlar mayın 15-də fəaliyyətlərini bərpa edib. Onlar səhər 6:00-dan 23:00-dək işləyə bilər. Bir masa arxasında maksimum dörd böyük adam (uşaqlar istisna) əyləşə bilər, qonaqlar arasındakı məsafə ən azı 1 m olmalıdır. Müştərilərlə birbaşa ünsiyyətdə olan personal ya qoruyucu maska, ya da üz sipəri taxmalıdır, müştərilər isə maska taxmaqda sərbəstdirlər.

0